Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yeni Azərbaycan çempionları

08.09.15, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Pirallahı rayonu ərazisində şosse velosipedi üzrə fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən yarışda 70-ə yaxın idmançı mübarizə aparıb.
Fərdi yarışlarda 15 yaşa qədər velosipedçilər arasında 8 km məsafəni hamıdan tez "Atasport" klubunun təmsilçisi Ramazan Əliyev qət edib. 17 yaşlılar arasında "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev 11,5 km-lik marşrutda birinci olub.
15 km məsafəyə yarışan Elit, U-23 və gənclər kateqoriyasında isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin idmançısı Ayxan İltifatlı hamıdan yüksək nəticə göstərib.
Cüt ötüşmələrə gəlincə, 15 yaşlılar arasında "Atasport" və İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirmələri Ramazan Əliyev və Qadir Mustafayevdən ibarət duet 15 km məsafəni ən yaxşı göstərici ilə tamamlayıblar. Müvafiq olaraq "Lokomotiv" və 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbini təmsil edən Kərim Şirəliyevlə Mikayıl Səfərli 17 yaşlılar arasında 20 km məsafəyə mübarizədə Azərbaycan çempionu adına layiq görülüblər. Və nəhayət, Elit, U-23 və gənclər arasında birinci yeri "Lokomotiv" klubunun velosipedçiləri tutublar - Məhəmməd Ələkbərov və Musa Mikayılzadədən ibarət cütlük 25 km məsafəni hamıdan tez qət edib.

Bu xəbər oxundu
- - -