Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərreyl”in voleybolçusu: “Arzum 3 uşaq anası olmaqdı”

23.02.16, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərreyl” klubunun voleybolçusu Straşmira Filipova Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin son 10 ildə ən yaxşı voleybolçularından olan Bolqarıstan millisinin blokçusu bu idman növünə gəlişindən, Azərbaycandakı həyatından və gələcək planlarından danışıb.

- Sizi voleybola gətirən nə oldu?
- Bunda daha çox valideynlərimin rolu var. Voleybolu seçənə qədər 3 ay gimnastika, 1 il üzgüçülük, daha sonra atletika ilə məşğul oldum.
- Atletikada uğurlu nəticələrinizin olduğunu bilirik. Belə məqamda idman növünü dəyişməyə nə səbəb oldu?
- Atletika əsas idman növlərindən biridi. Bu mənim fiziki hazırlıq baxımından işimə yaradı və voleybolda köməyimə gəldi. Düzü, atletikada gələcəyimi də görmədim və bu səbəbdən idman növünü dəyişdim.
- “Azərreyl”də mövsümü necə keçirirsiz?
- Bakıda hər şey yaxşı gedir. Liderlər sırasındayıq. Bir müddət öncə turnir cədvəlinə başçılıq edirdik. Hələ mövsümün sonuna var. 2 voleybolçumuz ciddi zədələnib. Ancaq onların pley-off və final mərhələlərində iştirakına ümid edirəm.
- Bolqarıstanda həm voleybolçular, həm də məşqçilər bir neçə aydı maaş almırlar. Azərbaycanda da həmin problem mövcuddumu və oradakı şərtlərdən razısızmı?
- Burada elə deyil. Maaşlarımızı vaxtında alırıq. Şərtlər və təşkilatçılıq çox yaxşıdı. Bolqarıstanda maaşların gecikdirilməsi isə tək voleybolda deyil, bütün idman növlərindədi.
- Azərbaycan çempionatında rəqabət güclüdürmü?
- Orada dünyanın aparıcı yığmalarından oyunçular cəmləşib. Açıq-aşkar favorit yoxdu. Demək olar ki, bütün komandaların qələbə şansı eynidi.
- Karyeranızda böyük uğurlar qazanmısız. Nəyi əldə edə bilməmisiz və hədəfiniz odu?
- Çempionlar Liqasının finalında oynaya bilməmişəm. Ən böyük çətinliklə Rusiyada üzləşmişəm. Uzun və çətin çempionatdı. Karyeramın ən yaxşı vaxtını da məhz orada keçirmişəm.
- Bəs qazandığınız mükafatlar sırasında hansı sizin üçün daha dəyərlidi?
- Şübhəsiz, Rusiya çempionatında qazandığım medal. Orada doğurdan da, çox səviyyəli mübarizə gedir.
- Ən çox öyrəndiyiniz məşqçi kimdi?
- Sözsüz ki, əfsanəvi Nikolay Karpol.
- Son 10 ili Bolqarıstandan kənarda oynayırsız. Legioner kimi çıxış etdiyiniz ölkələrdə vətən üçün darıxırsızmı?
- Yenidən Bolqarıstanda oynamağı planlaşdırmıram. Hətta çempionatı da izləmirəm. Təkcə onu deyə bilərəm ki, yayda Slaviyada məşq etdim. Orada çox istedadlı uşaqlar vardı. Düşünürəm ki, elə istedadlara digər şəhərlərimiz də sahibdi. Ancaq Bolqarıstanda voleybolun inkişafı üçün lazım olan şərtlər yoxdu.
- Ailə və uşaq barədə nə düşünürsüz? Neçə övladınızın olmasını istərdiz?
- Əlbəttə ki, ailə barədə düşünürəm. Arzum 3 uşaq anası olmaqdı.
- Haraya gedirsizsə, itiniz Caspi də yanınızda olur. Hətta restoranlara da aparırsız...
- Caspi çox yaxşıdı, o, şəhərin mərkəzində yaşayır. Mən heyvanları çox sevirəm və itim də Bakıya qayıdışını gözləyir.
- Karyeranızı bitirdikdən sonra planlarınız necədi? Elə bir işlə məşğul olmaq istəyirəm ki, bütün vaxtımı almasın. İstirahət günümün olması, ailəmə vaxt ayırmağım vacibdi. Çünki indi mən ailə və dostlarıma vaxt ayıra bilmirəm. Bir qədər rahatlıq arzusundayam.

Bu xəbər oxundu
- - -