Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan tankçıları 5-ci yerdədir

08.08.16, 8:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək.
Yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda tankçılarımız avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.
Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq.
Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir.

Bu xəbər oxundu
- - -