Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan yığması tarixi qələbəyə imza atdı“

22.08.16, 13:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması tarixi qələbəyə imza atdı. Yarışlarda 56 idmançı ilə iştirak edən komandamız 1 qızıl, 7 gümüş, 10 bürünc, ümumilkdə 18 medal qazanaraq tarixi qələbə əldə etdi. Komandamız oyunlarda iştirak edən 206 dövlət arasında medalların sayına görə 15 lider dövlət arasına çıxdı. Azərbaycan komandası yarışlarda 56 idmançı ilə çıxış etdi və onlardan 18-i medal qazandı. Bütün bu göstəricilər Azərbaycan idmançılarının tarixi qələbə qazandıqlarını nümayiş etdirir". Bunu açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
O qeyd edib ki, bu tarixi qələbə son illər Azərbaycan idmanının yüksələn xətlə sürətli inkişafının məntiqi nəticəsidir: "Boks yarışlarında Azərbaycan idmançısı ilk dəfə olaraq finala çıxdı və gümüş medal qazandı. Ən yaxşı nəticəni taekvondoçularımız göstərdilər. Yarışda 4 idmançı ilə çıxış edən millimiz 3 medal əldə etdi. Komandanın lideri Radik İsayev qızıl medal qazandı. Azərbaycan idmançıları tarixdə ilk dəfə olimpiadada avarçəkmə idman növündə medallar qazandılar. Bu tarixi qələbə münasibətilə medal qazanmış bütün idmançıları, Olimpiya yığmamızı, idman ictimayyətini, bütünlükdə Azərbaycan xalqını ürəkdən təbrik edirəm və idmançılarımıza gələcək yarışlarda uğurlar arzulayıram. İnanıram ki, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız növbəti Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər".

Bu xəbər oxundu
- - -