Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

S.C.Pişəvərinin çıxışlarından

25.01.17, 6:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BÖYÜK DÖVLƏTLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN LONDONDAKI TOPLANTISINA (Təbriz, 23 sentyabr 1945-ci il)

“Əgər Tehran xarici imperialistlərin göstərişi və köməyi ilə bizim hərəkatı məğlub etməyə müvəffəq olsa belə, xalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcək. Tez-gec Azərbaycan öz istiqlaliyyətini alacaq, öz müqəddəratını özü təyin edəcək”.
S.C.Pişəvəri


ABŞ Xarici İşlər naziri cənab Brenesə, İngiltərə Xarici İşlər naziri cənab Büvenə, Sovet İttifaqı Xarici İşlər naziri cənab Molotova, Fransa Xarici İşlər naziri cənab Bidaya, Çin Xarici İşlər naziri cənab Vangiyə.
Böyük demokratik dövlətlər qanlı faşist üsul-idarəsini məhv etdikdən sonra dünyanın çox məmləkətləri adilanə demokratik üsul-idarəsi yaradıb. Qabaqlar da zülm altında əzilən cahanın çoxlu qövm və millətləri tarixi Atlantik Xartiyasına müvafiq olaraq öz müqəddəratlarını təyin etməyə başlayıb. Hər xalq öz milli mədəniyyətini, iqtisadiyyatını və güzəranını qaldırmaq üçün demokrasi rejimin nemətlərindən istifadə etmək istəyir. Mütəəssüfanə İranda günbəgün diktatorluq təhlükəsi artmaqda və faşist ünsürləri Rza şahın mənhus hakimiyyətindən sonra əldə edilən natamam azadlığı belə boğmaq üçün hər cür fitnələrə əl atmaqdadır. Həm əyalətlərdə və həm də paytaxtda azadxahlar təqib olunur. Demokratik hərəkatı təmsil edən ruznamələr (qəzetlər) və cəmiyyətlər silah gücü ilə dağıdılır. İrtica qüvvələri təzədən sabiq Rza şahın istibdad rejimini istəmək üçün tiranın namuslu azadxahlarının qanını tökməkdən çəkinmirlər.
İranda beş milyon nüfuza malik olan biz azərbaycanlıların vəziyyəti daha təhəmmül edilməzdir. Azərbaycan milləti uzun illərdən bəri İrandakı azadlıq nehzətinin ələmdarı olmağına baxmayaraq öz torpaqlarında fəqir və biçarəlik halında, hər cür hüquqdan məhrum halda yaşamaqdadır. İranda bu vaxta qədər ağalıq edən irtica hakimiyyəti nəticəsində Azərbaycan milləti öz milli mədəniyyəti tərəqqisinə çalışmaq, xaraba şəhərlərini abadlaşdırmaq və xalqın fəlahət (kənd təsərrüfatı) behdaşt (səhiyyə) və sair ehtiyaclarını rəf etmək və hətta öz uşaqlarını ana dilində belə oxutmaq üçün heç haqq və ixtiyara malik deyil. Dünyanın qədim xalqı olan və minillər ərzində böyük mədəniyyət və sənət əsərləri yaratmış Azərbaycan xalqı indi istibdad və diktatorluğun aradan götürülməyə başlandığı bir zamanda öz hüquqlarını tələb edib və bu müqəddəs yolda mübarizəyə qalxıb.
Biz azərbaycanlılar Atlantik Xartiyasında göstərilən hər bir millətin öz müqəddəratını özü təyin etmək əqidəsinə dərin bir iman bəslədiyimizi və bu acı vəziyyətimizi böyük mütəffiq dövlətlərin təşkil verdiyi Vəzirlər Şurasına yetiririk. Biz bütün İranda həqiqi demokrasi üsulun bərpasının və Azərbaycan xalqına daxili azadlıq və muxtariyyat verilməsini, ümum məmləkətin adilanə qanunlarını gözləməklə bərabər, Azərbaycanın öz taleyini özü təyin etməsini istəyirik. Biz böyük mütəffiq demokrasi dövlətlərin xalqımızın bu tarixi və adilanə tələbində bizə kömək etmələrini, beş milyondan artıq Azərbaycan xalqı adından tələb edirik. Azərbaycan xalqı əmindir ki, bütün millətlərə və qövmlərə milli azadlıq və xilaskarlıq vəd etmiş böyük müttəfiq demokrasi dövlətlər bizim də tələbimizi və təbii haqqımızı nəzərdə tutacaq və öz köməklərini bizdən əsirgəməyəcəklər.

(Azərbaycan xalqı adından müraciəti 1500 nəfərdən çox xalq elçisi imzalamışdı).

«Qızıl səhifələr», Təbriz, 1324-cü il, s. 62-64.

***

AZƏRBAYCAN XALQ KONQRESİNİN İRAN HÖKUMƏTİNƏ MÜRACİƏTİ

İranın şahənşahının xidmətinə, İran Milli Şura Məclisinin rəisi Məhəmməd Təbatəbaiyə, baş nazir ağaye İbrahim Həkimiyə.

Bu il Aban ayının 29-30-da (1945-ci il noyabrın 21-22-də) Təbriz şəhərinin Şir-Xorşid salonunda 150000 nəfərin imzası ilə Ümumazərbaycan şəhər və hövmələrindən toplanan ümum mitinqlər tərəfindən seçilmiş yeddi yüz nəfər nümayəndənin şirkəti ilə təşkil tapan Böyük xalq Konqresi özünün 4-cü iclasında ittifaq ara ilə (səs çoxluğu ilə) öz tələbatının əsas məsələlərini aşağıdakı maddələrdə qeyd olunan elamiyyə vasitəsilə Şranın mərkəzi hökumətinə bildirməyi qərara aldı:
1. Azərbaycan xalqı burada yazılmasına yer olmayan saysız-hesabsız tarixi səbəblər və hadisələrə görə özünəməxsus milliyyət, dil, adab və rüsum və sair xüsusiyyətə malikdir. Bu xüsusiyyət ona haqq verir İranın istiqlaliyyət və tamamiyyətinə müraat etməklə bərabər bütün dünya münasibətləri kimi Atlantik Elamiyyəsi mocibincə öz müqəddəratını təyin etmək üçün azad və muxtar olsun.
2. Konqres Azərbaycan xalqının İranın başqa əyalət və vilayətləri ilə olan mədəni, iqtisadi və siyasi rabitəsini nəzərə almaq ilə bərabər bu xalqın indiki İran dövlətinin təsisi haqqında göstərdiyi fədakarlıqları (vaqiən indiki İran dövləti Azərbaycanlılar vasitəsilə təsis olunub) nəzərə almağa heç cürə hazır deyil, onun məşrut və qanuni təqazalarını ki, milli muxtariyyətdən ibarətdir, İranın mərzlərinə xələl gətirib onun təcziyəsi üzərində qərar versin. 3. Azərbaycan xalqı var qüvvəsi ilə İranda məşrutə şəkli almış demokrasi üsulunun tərəfdarıdır. Azərbaycan milləti İranın tamam əyalət və vilayətləri kimi İranın Məclisi Şurası məclisinə nümayəndə göndərəcək və adilanə maliyyat verməkdə davam edəcək.
4. Azərbaycan xalqı rəsmən və ələni elam edir ki, bütün dünyanın diri millətləri kimi (İranın tamamiyyət və istiqlalını gözləməklə) özünün daxili işlərini idarə etməkdə özü milli hökumət yaratmağa haqlıdır və o bacarıb İranın istiqlal və tamamiyyətini müraat etməklə Azərbaycan demokrası və hakimiyyətə milli üsulu ilə idarə edə bilər. 5. Azərbaycan xalqı azadlıq və demokratlıq yolunda böyük zəhmətlər çəkib, çoxlu qurbanlar verməyinə görə istəyir özünün muxtar hökumətini həqiqi demokratik əsası üstündə qursun. Buna görə konqres tərəfindən təsvib olunmuş daxili nizamnamə üstündə özünün Məclis Millisini intixab edib lazım görür Azərbaycanın milli və daxili hökuməti bu məclisin nümayəndələrinin arasından intixab olub onun qabağında məsul olsun.
6. Azərbaycan xalqının öz milli ana dilinə əlaqəsi vardır. Özgə dilinin təhmili onu tərəqqi və təməddün karvanından dala salmış və onun milli fərhəng və maarifınin yolunu bağlayıb. Buna rəva təhmilin qabağını almaq və Azərbaycanın tərəqqisinə lazım gələn bütün vəsilələri vücuda gətirmək üçün Azərbaycan xalqının milli konqresi heyətə milliyə dəstur verir, çox tez bir zamanda Azərbaycan dilini bütün dövlət idarələrində mürəssum və onun tədrisini tamam mədrəsələrdə (dövləti və milli) əməli etsin.
7. Yüz əlli min nəfərin imzası və yeddi yüz nəfər nümayəndənin iştirakı ilə təşkil tapan Milli Konqres Azərbaycan millətinin iradəsi ilə özünü Müəssislər Məclisi elan edib Azərbaycanın daxili işlərini idarə etmək üçün onun doqquz nəfərdən ibarət bir milli heyət intixab edib onlara ixtiyar verir, milli istəklərini əməli etmək üçün lazımi tədbirlər görüb səlahiyyətdar məqamat ilə müzakirəyə girişsinlər. Eyni zamanda Azərbaycan Məclis Millisini və həmçinin Məclis Şuraye Milli intixabını icra eləsinlər. Axırda konqrə İran dövlətinin və dünyanın böyük demokratik dövlətlərinin diqqətini yuxanda yazılanlara cəlb edib izhar edirlər ki, bu mütalibin icrası üçün fəqət təbliğ və təşkil vasitəsi ilə iqdam edib nəzaı daxili və qardaş qanı tökməyə icazə verməyəcək. Vəli əgər mərkəzi dövlət istərsə, onun qanuni silah gücü və qəhro-qələbə ilə ortadan aparsın o vaxt naçar hər qiymətə olur-olsun öz hüququndan müdafiə edəcək və ta bir nəfər azərbaycanlı qalanadək öz milli muxtariyyatı yolunda mübarizə aparacaq.
Məclis Müəssisan (Konqreye Milli) heyət milliyə ixtiyar verir Azərbaycanın muxtariyyatını təmin etmək üçün səlahiyyətdar məqamət ilə əlaqəyə girsin. Məsələni sülh və müsalimət yolu ilə həll etsin. Vəli heyəte milli heç vəchlə Azərbaycanın muxtariyyatı və milli hökuməti haqqında sərfhəzər etmək və İranın tamamiyyət və istiqlalını pozmaq ixtiyarına malik deyil. Biz arzu edirik bütün demokrası aləm bilsin ki, dünyada bir millət vardır hazır olub özünün var qüvvəsi ilə öz hüququndan müdafiə edib Asiyanın bir guşəsində azadlıq və demokratik bayrağını qalxızıb, istəyir fəqət öz köməyi ilə özünün azadlığını təmin etsin. Ümid edirik Şranın səlahiyyətdar məqamatı və böyük demokratik dövlətlər bizim milli mənzurumuzun icrası üçün naı pərvanə köməklərdən ki, Mənşur Atlantik onun əsası üzərində qoyulmuşdur müzaiqə etməyəcəklər.

Etiramat faiqilə (Milli Konqrənin) Məclis müəsisan milli rəyasət heyəti.
“Azərbaycan” qəzeti, l Azər 1324, Təbriz.


***

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN BAŞÇISI S.C.PİŞƏVƏRİNİN BMT BAŞ ASSAMBLEYASINA M Ü R A C İ Ə T İ


Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə mahkdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilib. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətiərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin, Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi.
Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb. 5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcək. Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir. Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır. BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfındən müəyyənləşdirilməsinə təminat verilsin.

S.C.Pişəvəri,
Azərbaycan Milli hökumətinin başçısı
28 yanvar, 1946-cı il.

Bu xəbər oxundu
- - -