Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Torpaqlarımızın işğaldan azad edilməsinin əsas şərtləri...

06.02.17, 8:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vasif Əfəndi: “Ölkə daxilində siyasi sabitlik, tam demokratik cəmiyyət və iqtisadi yüksəlişdir”

Elşən Həsənov: “Azərbaycanın öz qüvvəsindən istifadə etməklə, torpaqlarını işğalçılardan təmizləməkdir”

Dağlıq Qarabağ düyününün açılması müşkül məsələyə çevrilib. Problem artıq regionallıqdan çıxıb, dünyanın bir sıra beynəlxalq təşkilatlarının, super güclərin diqqət mərkəzindədir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası, Avropa ittifaqının, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qətnamə və qərarlar qəbul edib, amma 25 ilə yaxındlr ki, bu münaqişənin ədalətli həll olunmasının qarşısı alınır. İşğalçı Ermənistan beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək işğalçılıq siyasətini davam etdirir.
“Xaql Cəbhəsi” qəzeti bu məsələ, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində laqeydsizliyi ilə bağlı bir neçə siyasətçiyə müraciət edib.
Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi: “Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində göstərdiyimiz bütün səylərin nəticəsiz qalması göz qabağındadır. Atəşkəs rejiminin tətbiq olunmasından uzun zaman keçməsinə baxmayaraq münaqişənin həll olunması istiqamətində heç bir irəliləyiş yoxdur. Bu illər ərzində saysız-hesabsız görüşlər, təkliflər və planlar yalnız münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına xidmət edib. Azərbaycan tərəfi bu reallıqları görərək keçən ilin aprel ayında torpaqlarımızın işğaldan azad edilməsi üçün hərəkətə keçdi. Aparılan uğurlu əməliyyatlar nəticəsində strateji mövqelər nəzarətimizə qaytarıldı. Ən xoş olan isə o idi ki, xeyli sayda qurban verməyimizə baxmayaraq, əhali bu əməliyyatları dəstəklədi. Həm ordumuzda, həm də xalqın arasında bir ümid və ruh yüksəkliyi yarandı. Təəssüf ki, böyük güclər tərəfindən bu əməliyyatları sona çatdırmaq istəyimizin qarşısı alındı. Bu xüsusda Rusiya daha kəskin mövqe nümayiş etdirdi. Rəsmi olaraq açıqlanmasa da ictimaiyyətə bəlli oldu ki, hərbi əməlyyyatları dayandırmağımızın səbəblərindən ən birincisi Rusiyanın təhdidi olmuşdu. Hesab edirəm ki, əgər Azərbaycan ordusu düşməni torpaqlarımlızdan sıxışdıraraq çıxarılması prosesini davam etdirsəydi, o zaman Rusiya tərəfindən birbaşa müdaxiləyə məruz qalma ehtimalı isitsna edilmirdi. Bu problemin Ermənistanın xeyirinə həll olunmasını istəyən tərəflərdən birnin də İran olması bizim səylərimizin nəticəsiz qalmasına xidmət edir. Türkiyə, İsrail, Pakistan və Almaniya kimi dünya güclərinin bu cütlüyü bir növ neytrallaşdırması ən azından torpqalarımızı de-yure əlimizdə saxlamağa imkan verib. Belə olan şəraitdə insanlarımızda torpaqlarımızın azad edilməsinin mümkünsüzlüyü barədə təəssürat yaranır. Lakin bütün bunlara baxmayaraq problemin tezliklə həlli mümkündür. Bunun üçün ilk növbədə oz gücümüzə güvənməliyik. Unutmayaq ki, bir zamanlar biz də daxil olmaqla daha 13 respublika SSRİ adı altında Ruisyanın əsarətində idi. 70 il davam edən bu imperiyanın çökməsi gözümüzün qarşısında baş verdi. Zəif düşmüş Rusiya Çeçen Respublikasına qarşı müharibədə məğlub duruma düşdü. Bu prosesin yenidən təkrar olunmayacağına isə heç kim qarantiya verə bilməz. Biz bunları gözə alaraq aqressiv Ruisya ilə qarşıdurmaya getməməliyik. Bütün imkanlarımızı digər beynəlxalq güclərin rəğbətini qazanmağa yönəltməliyik. Bu istiqamətdə hakimiyyət tərəfindən xeyli işlər görülməkdədir. Ölkəmizdə təşkil olunan nüfuzlu beynəlxalq səviyyəli tədbirlər, simpoziumlar, səviyyəli idman yarışlarının təşkili bu yönlü tədbirlərdəndir. Lakin bu görülən işlər yetərli deyildir. İnsan haqqları, şəffalıq və korrupsiya istiqamətində təsirli tədbirlər görülməlidir. Əgər bu sahələrdə uğurlar əldə etməsək, biz qlobal güclərə azad olunmuş torpaqlarda erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimiz qarantı verə bilməyəcəyik. Bir daha vurğulayıram ki, torpaqlarımızın işğaldan azad edilməsinin əsas şərti ölkə daxilində siyasi sabitlik, tam demokratik cəmiyyət və iqtisadi yüksəlişdir”.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov: “İlkin növbədə gəlin münaqişənin özünün – Ermənistan – Azərbaycan –Dağlıq Qarabağ – münaqişəsi adlandırılması məsələsinə münasibət bildirək. İlk növbədə onu deyə bilərəm ki, münaqişənin bu formatda adlandırılması, Dağlıq Qarabağın özünün münaqişə tərəfi olmasını göstərir ki, bu da düzgün deyil. Bu münaqişə, daha doğrusu müharibə, Ermənistanın Azərbaycana torpaq iddiaları zəminində baş verib. Əslində bu münaqişədə, qarşı duran tərəflər kimi Ermənistan və Azərbaycan qəbul edilməlidir və münaqişənin məhz Ermənistan tərəfindən başlandığı, onun işğalçı siyasətinin nəticəsi olduğu açıq və birmənalı şəkildə qəbul edilməlidir.
Keçək məsələnin ikinci tərəfinə. Dünya birliyi dedikdə biz nəyi başa düşürük? İlk növbədə bu ad altında qəbul etdiyimiz format BMT-dir ki, onun da münaqişə ilə bağlı müxtəlif vaxtlarda verdiyi qətnamələr mövcuddur. Təəssüflə qeyd edə bilərəm ki, qətnamələrin özünün yerinə yetirilməsi məcburi xarakter daşımadığından, həyata keçirilmə mexanizmi də şübhə altındadır.
Əgər dünya birliyi adı altında böyük dövlətlərin maraqlarını nəzərdə tuturuqsa, o zaman bu münaqişədə elə nəzərdə tutduğumuz böyük dövlətlərin də maraqlarının toqquşduğunun şahidi oluruq.
Üçüncü nəzərdən keçirməli olduğumuz məsələ Minsk qrupunun fəaliyyəti ilə bağlıdır. Əgər səmimi olaraq Minsk qrupunun yarandığı illər ərzindəki fəaliyyətinə fikir vermiş olsaq qətiyyətlə onu deyə bilərik ki, bu qurumun fəaliyyəti formal xarakter daşıyır və son nəticə olaraq onun fəaliyyətindən hər halda yaxın zamanlarda nəsə gözləməyinə dəyməz.
Münaqişənin həllinin yalnız bir variantı var. O da Azərbaycanın öz qüvvəsindən istifadə etməklə, beynəlxalq hüquqa və normativlərə uyğun şəkildə öz torpaqlarını işğalçılardan azad etmək, silahlı, qanunsuz birləşmələri zərərsizləşdirmək, terrorçu dəstələri məhv etməkdən ibarət olmalıdır.
Mənə belə gəlir ki, bu halda fakt qarşısında qalan, dediyiniz dünya birliyi dövlətləri buna qətiyyən etiraz etməyəcəklər. Hər hansı bir halda onlar fakt qarşısında qalaraq susmağa məcbur olacaqlar.
Münaqişənin alovlanaraq regionu əhatə etməsi, heç bir dövlətin marağında deyil”.
Politoloq Nail Cəlil: “Dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmür. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.
ATƏT-in Minsk Qrupunun bu illərdəki fəaliy¬yə¬ti¬nə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şura¬sı¬¬nın məlum qətnamələrini yerinə yeritmək üçün hazırladığı “Tə¬xirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyil¬di. ATƏT-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏT çərçivəsində və onun himayəsi altında müqaviləni yeri¬nə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə me¬xanizminin olmaması idi. Minsk Qrupu tərəfindən qəbul edi¬-lən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri da¬şı¬yırdı. ATƏT-də tətbiq olunan qarşılıqlı güzəşt prin¬si¬pi mü¬qaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşı¬ma¬maq imkanı verirdi.
Lakin torpaq¬la¬rına təcavüz olandan sonra da, Azər¬bay¬can bütün va¬sitə¬çilik missiyalarından imtina etməyərək, prob¬le¬min ATƏT prinsip¬ləri çər¬çivəsində həllinə tərəfdar ol¬du¬ğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı”.

Bu xəbər oxundu
- - -