Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Denis Silva: “Danışmamağa üstünlük verirəm”

06.02.17, 12:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“İnter”in müdafiəçisi Denis Silvanın apasport.az saytına müsahibəsi.

- Uğurlu startın davamını “Sumqayıt”la oyunda gətirəcəyiniz gözlənilirdi. Amma son saniyələrdə hesabdakı üstünlüyünüzü əldən verdiniz...
- İndi asan qələbə qazanmaq mümkün deyil. İstənilən komanda rəqibinə sürpriz hazırlamaq gücündədi. Təbii ki, biz “Kəpəz”lə oyundakı qələbənin davamını Sumqayıtda da gətirmək haqda düşünürdük və meydana da bu məqsədlə çıxmışdıq. Oyun çox çətin, ağır keçdi. Çünki rəqib güclü oynadı. Əlbəttə, biz də səhvlərə yol verdik və nəticəsi bizim üçün çox pis oldu.
- Rəqib bərabərlik qolunu son saniyələrdə vurdu. Deyəsən, qələbəni erkən bayram etməyə başlamışdınız...
- Həqiqətən də çox yorulmuşduq. Çünki qarşımızdakı rəqib ən güclü oyunlarından birini keçirirdi. Heç birimiz qələbəni bu şəkildə əldən vermək istəməzdik. Halbuki, növbəti 3 xalı qazanmağı çox arzulayırdıq. İki qol yorğun vaxtımızda vuruldu. Fikrimcə, biz heç-heçəyə yox, qələbəyə layiq idik.
- Yəni 2 xal itirən tərəf siz oldunuz?
- Bunu əminliklə deyirəm və təsdiqləyirəm: biz “Sumqayıt”la oyunda 2 xal itirdik. Həmin 2 xalı da öz səhvlərimiz ucbatından itirdik.
- Amma növbəti oyununuz daha çətin keçəcək. Bu dəfə “Neftçi” ilə üz-üzə gələcəksiniz. Həmin matçda sizi nə gözləyəcək, bilirsiz?
- Nə gözləyir? Biz öz oyunumuzu oynayacağıq və qalib gələcəyik. Xüsusilə də Sumqayıtdakı heç-heçədən sonra biz qələbə qazanmağa borcluyuq.
- “Neftçi”nin yeni heyəti haqda nə düşünürsüz?
- Bu komanda haqda danışmamağa üstünlük verirəm. Səbəbinə gəldikdə, yenilənmiş heyət haqda heç nə bilmirəm. İcazə verin, bundan artıq fikir bildirməyim.
- Hər halda qarşılaşacağınız rəqibin zəif və güclü tərəflərini bilməmiş deyilsiniz?
- “Sumqayıt”la oyundan az əvvəl çıxdıq. Sabahdan (bu gündən) “Neftçi” haqda düşünməyə başlayacağıq.
- “Neftçi” ilə son qarşılaşmanı necə, unutmamısız? Cərimə meydançasının çölündə ələ dəyən top görə penaltinin təyin edilməsini nəzərədə tuturam...
- Qətiyyən. Həmin oyunda hakim bir neçə səhvə yol vermişdi. Ancaq situasiyadan asılı olmayaraq, biz meydana çıxacağıq və oyunda iştirak edəcəyik. İndi keçmişdə baş verənlər haqda düşünmək istəmirəm. Öz oyun üslubumuz var, yenə ona sadiq qalacağıq, əlbəttə, qələbəyə gedən bütün yolları nəzərdən keçirəcəyik.

Bu xəbər oxundu
- - -