Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan təxribatını davam etdirir

08.02.17, 9:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elşən Həsənov: “Ermənistan hakimiyyəti diqqəti yayındırmaq üçün cəbhədə atəşkəsi pozur”

Məhəmməd Əsədullazadə: “Biz öz haqqımız uğrunda niyə döyüşməməliyik?”

Nail Cəlil: “Nə zamansa Azərbaycan birdəfəlik atəşkəsə son qoyacaq”

Ermənistan tərəfi hər gün atəşkəsi pozmaqla təxribat törətməyə cəhd göstərir. Lakin Azərbaycan tərəfinin cavabı ilə susdurularaq geri çəkilir. İşğalçı ölkənin bu niyyəti başadüşüləndir. Bu gün Ermənistanda vəziyyət acınacaqlıdır, xüsusən də apreldə keçiriləcək parlament seçkiləri ərəfəsində Sarkisyan hakimiyyətinə qarşı sabiq prezident L.T.Petrosyanın qüvvələrinin birləşməsi vəziyyəti daha da gərginləşdirib. Ona görə də ermənilər hər gün atəşkəsi pozmaqla daxili auditoriyanı əsas hədəfdən yayındırır. Amma onu da qeyd edək ki, ermənilər hər dəfə atəşkəsi pozduqda layiqli cavab alaraq itki veriblər. Dünən də belə oldu.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 7-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə ermənilərin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur:"Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir”.
Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhə xəttində fevralın 7-də və 8-də gərginliyin artdığını bildirir. Rəsmi qurumlar Azərbaycan tərəfinin müxtəlif çaplı silahlardan intensiv atəş açdığını bildirsə də itkilər barədə məlumat verilmir.
Politoloq Elşən Həsənovun fikrincə, Ermənistanın daxilndəki gərginliyi sakitləşdirmək üçün atəşkəs rejimini pozur: “Sarkisyan cəbhədə ajiotaj yaratmaqla göstərmək istəyir ki, “siz burada nəyəsə etiraz edirsiniz, amma Azərbaycan az qala orada Ermənistana hücuma hazırlaşır”. Sarkisyan bu gün dilemma qarşısındadır. Xüsusən də bloger Lapşinin ekstradisiyası Sarkisyan hakimiyyətini çalxalayıb. Sarkisyan hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin nədən ibarət olduğunu yaxşı anlayır. Ona görə də məğlubiyyətini açıq etiraf etməkdən də çəkinir. Belə təxribatlarla prezidentlik dövrünü uzadır”.
Politoloq onu da vurğulayıb ki, eməni təbliğat maşını bütün variantlardan istifadə edir. Amma Azərbaycan özü də bilir ki, bu təkcə ermənilərin oyunları deyil. Azərbaycan yəqin ki, yaxın zamanlarda bu məsələnin həll olunması üçün lazımi addımları atacaq. Bunu beynəlxalq güclər də hiss edir. Onlar cəbhədə vəziyyəti gərginləşdirməklə prezidentləri bir araya gətirmək istəyirlər və bununla da ATƏT-in aktiv fəaliyyətini biruzə verməyə çalışırlar.

Onun sözlərinə görə, Ermənistanda iqtisadi, siyasi, sosial vəziyyətin həddən artıq çətin olması, əsgər ölümlərinin olması, hərbçilərin xidmətdən yayınması hökuməti çarəsiz vəziyyətə salıb. Hökumət də çıxış yolunu cəbhədə vəziyyətin gərginləşməsində və müharibə abu-havasını yaratmaqda görür: “Ermənistan hakimiyyəti diqqəti yayındırmaq üçün cəbhədə atəşkəsi pozur. Ötən il də belə oldu. Bizdən on dəfə artıq itki verdilər, vertolyotlarını, pilotsuz təyyarələrini itirdilər. Bu da Ermənistan ordusunun özləri haqda yaratdıqları mifi alt-üst etdi. İndi də bu hadisələri törətməklə Sərkisiyan rejimi göstərməyə çalışır ki, cəbhədə vəziyyət gərgindir, müharibə gedir. Əhalini bu cür sakitləşdirmək istəyir”.
Bəzi politoloqlar isə belə qənaətdədirlər ki, Ermənistan heç vaxt cəbhədə özbaşına atəşkəsi poza bilməz. Dağlıq Qarabağ münaqişəsinə birbaşa Rusiya nəzarət etdiyindən Ermənistan bu kimi məsələlərdə onun tapşırığını yerinə yetirir.
Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, düşmən hər zaman belə təxribatlarının cavabını alıb: “Azərbaycan ordusunun qarşısında acızdir. Düzdür bu münaqişədə Ermənistan özbaşına hərəkət etmir. Rusiyanın Yaxın Şərqdə nüfuzunun güclənməsi, beynəlxalq geosiyasi konyukturada problemləri daha da dərinləşdirir. Ukrayna və Suriyada iki qütblü dünya uğrunda apardığı müharibə, rəsmi Kremlin MDB məkanında daha da aressivləşməsinə zəmin yaradıb. Bir neçə il bundan əvvəl beynəlxalq təşkilatların və ABŞ və Avropanın diqqət etdiyi Dağlıq Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib. Artıq böyük dövlətlər və qrumlar, problemin açarını Rusiyada görürlər. ATƏT-in Avstriyadan olan sədrinin açıqlamasıda buna bariz nümunədir. Qeyd edim ki, Rusiyanın rolu artıqca, "Minsk qrupunda" ABŞ və Fransanın vasitəçilik missiyası fiaskoya uğrayır. Bu dövlətlər də, Rusiyanın mövqeyini dəstəkləyir. Beynəlxalq təşkilatların və ABŞ-ın bu problemin həllini Rusiyaya ötürmələri, münaqişənin uzanmasına və yeni konflikt ocaqların yaranmasına səbəb olur. Rusiya hesab edir ki, münaqişə dondurulsun və bu yolla Azərbaycana təzyiq rıçaqları əldə etsin. Rusiyanın bu planı regionun təhlükəsizliyi üçün təhdiddi. Ötən ilin aprel müharibəsindən sonra, Rusiya çalışır ki, danışıqlar aparılmasın. Hesab edirəm , dalana dirənmiş Qarabağ problemini yalnız Ermənistana hərbi güc tətbiq etməklə, çıxartmaq olar. Çünki sülh ümidləri və kompromislər artıq tükənib.
Biz Qarabağda öz torpaqlarımızın qaytarılması uğrunda müharibəni davam etdirsək, Rusiyanın təsiri və təzyiqi sonda yetərsiz olacaq. Ona görə ki, Azərbaycan birinci Qarabağ müharibəsində bu qədər hərbi cəhətdən güclü və dəstəkçisi yox idi. Həmin vaxt Rusiya təzyiq edirdi. Hazırda isə, Rusiya məcbur qalıb, reallıqla barışa bilər. Təbii ki, müharibə region üçün fəlakətdi. Amma torpaqların geri alınmasında başqa çıxış yolu yoxdur. Rusiya öz nüfuzu uğrunda Suriyada və Ukraynada döyüşür. Biz öz haqqımız uğrunda niyə döyüşməməliyik?”
Politoloq Nail Cəlil isə qeyd edib ki, atəşkəsin tez-tez pozulması Ermənistanın qorxaqlığından xəbər verir: “Ermənistan Azərbaycanın nəyə qadir olduğunu yaxşı dərk edir. Onu da yaxşı bilir ki, Azərbaycan hansı hərbi gücə malikdir. Sadəcə hər gün atəşkəs rejimini pozmaqla öz ölkəsində narazı qalan qüvvələrə göstərmək istəyir ki, onun hakimiyyəti bütün diqqətini Dağlıq Qarabağın əldən getməməsinə yönəldib. Amma Ermənistanda ağıllı və reallığı qiymətləndirən politoloqlar məsələnin nə yerdə olduğunu dərk edirlər. Müxalif politoloqlar bu məsələdə Sarkisyan hakimiyyətinin uduzduğunu ara-sıra mətbatda açıqlayırlar”.
Qarabağ münaqişəsinin Rusiya tərəfindən inhisara alındığına gəlincə ekspert bildirib ki, Ermənistan ordusu Rusiya tərəfindən silahlandırılır: “Ermənistanda pul yoxdur ki, xaricdən silah alsın. Təmas xəttində nə baş verirsə birbaşa rəsmi Moskvaya məruzə edilir. Moskvanın tapşırığı ilə Sarkisyan hakimiyyəti hərəkət edir. Moskva əmr versə ki, atəşkəs dayandırılsın, Sarkisyan ona əməl edəcək. Başqa yolu, çarəsi yoxdur. Ermənistan satılıb, hakimiyyəti ilə birgə. Ona görə də atəşkəsin pozulması, erməni tərəfinin itkilər verdiyi ilə bağlı Rusiyada məlumat var. Atəşkəs hər gün ermənilər tərəfindən pozulacaq. Amma Ermənistan və ona havadarlıq edən dövlətlətlər və birliklər də inanırlar ki, nə zamansa Azərbaycan birdəfəlik atəşkəsə son qoyacaq”.
Cavid

Bu xəbər oxundu
- - -