Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Belə şəraitdə Ermənistanın düşünən beyinləri Qarabağ məsələsində Azərbaycanın təkliflərini öz xalqına izah etməlidir”

09.02.17, 11:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azər Həsrət: “Əks təqdirdə Ermənistan daha böyük biabırçılıq və fəlakətlərlə üz-üzə qalacaq”

Vüqar Zifəroğlu: “Unutmaq olmaz ki, bu, həm də hüquqi presedent daşıyacaq”

Arzu Nağıyev: “Bu hadisə Ermənistanın məğlubiyyətinin başlanğıcıdır”

Dağlıq Qarabağa qanunsuz səfər edən İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşinin Belorusiyada həbs olunaraq Azərbaycana ekstradisiya olunması bütün dünyada ciddi rezonans doğurub. Dünya mediası bu məsələyə geniş yer ayırıb. Bu addım Ermənistanda isə şok effekti yaradıb. Ermənistanın ciddi etirazları ilə qarşılanan hadisəylə bağlı düşmən ölkədə müxtəlif bəyanatlar səsələndirilir. Belorusiya ilə diplomatik münasibətləri pozmaq kimi çağırışlar edilir.
Bundan başqa etitraz aksiyalarına da start verilib. Belə aksiyalardan biri İrəvanda Belarus səfirliyinin qarşısında baş tutub.
Ermənistan diasporu da səssiz qalmaq fikrində deyil. Cənubi Amerikada, Argentinada və digər ölkələrdə etiraz aksiyalarına start verilib. Erməni diasporu Azərbaycanı qaralamaq üçün müxtəlif kampaniyalar təşkil edir.
Ermənistan tərəfinin bu cür sərt və çılğın reaksiyası Azərbaycanın diplomatik zərbəsinin çox güclü olmasından və hədəfə dəyməsindən xəbər verir.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, Ermənistan bu addımdan sonra bir daha miskin durumda olduğunu anladı. O “təbii ki, rəsmi İrəvan təbliğat quraraq özünü xilas etmək istəyir”, - deyə əlavə etdi: “Amma erməni ictimai rəyi də fil qulağında yatmır. Onlar öz ölkələrinin bərbad diplomatiyasını hər addımda hiss edirlər. Lapşin olayı bir daha göstərdi ki, artıq Azərbaycan Ermənistan üçün getdikcə daha çox problemlər yaradacaq. Ona görə də düşünürəm ki, belə şəraitdə Ermənistanın düşünən beyinləri önə çıxmalı, Qarabağ məsələsində Azərbaycanın təkliflərini öz xalqına izah etməli və münaqişənin tezliklə bitirilməsinə çalışmalıdır. Əks təqdirdə Ermənistan daha böyük biabırçılıq və fəlakətlərlə üz-üzə qalacaq”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu diqqətə çatdırdı ki, Lapşinin həbsi və Azərbaycana ekstradisiyası birmənalı şəkildə ciddi uğurdur və bir sıra məqamlardan son dərəcə önəmli bir hal olaraq qiymətləndirilməlidir: “Biz bir dövlət olaraq beynəlxalq ictimaiyyətə bir daha Qarabağla bağlı mövqeyimizi sərgiləmiş oldu. Işğal altında olan ərazilərimizə istənilən səfər qanunaziddir və dövlətimiz bu məsələdə prinsipial mövqeyni hər zaman ortaya qoyub. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və cibində hansı ölkənin və ya ölkələrin pasportunu daşımasından asılı olmayaraq, bu həqiqətlə hesablaşmayan, onu qəbul etməyən, Azərbaycanın ərazi bütövlüyünə və qanunlaruna hörmətsizlik edən hər kəsin aqibəti bu cür olacaq. Unutmaq olmaz ki, bu, həm də hüquqi presedent daşıyacaq. Lapşinin ekstradisiyası həmçinin, siyasi iradə və qətiyyətin təntənəsi, artan siyasi güc və nüfuzun nəticəsidir”.
Politoloq Arzu Nağıyev vurğuladı ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası erməniləri qıcıqlandırıb. O əlavə etdi ki, bu hadisə Ermənistanın məğlubiyyətinin başlanğıcıdır: “Bununla da Sarkisyan hökumətinin Dağlıq Qarabağın qondarma rejiminə verdiyi "müstəqillik” sözünün xülya olması üzə çıxır. Bundan sonra Ermənistan tərəfinin müxtəlif təxribatlara əl atacağı gözləniləndir. Cəbhədə vəziyyəti gərginləşdirməyə çalışması da bu qəbildən olan addımlardan biridir. Artıq erməni ictimaiyyəti də hərbi və diplomatik müstəvidə uduzduqlarını anlayır”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov isə, deyib ki, Lapşinin Azərbaycana gətirilməsilə bağlı Ermənistan hakimiyyətində və cəmiyyətində ciddi narahatlıq var: “Ermənistan mətbuatı bunu aşıq şəkildə biruzə verməsə də, hiss olunur ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığı ortadadır". Erməni diasporunun bu vaxta qədər kimlərisə hansısa şəkildə aldadaraq, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər təşkil etdiyini deyən millət vəkili qeyd edib ki, baş verənlərdən sonra xarici vətəndaşların bir daha ora getməyəcəyi Ermənistanda narahatlıq yaradıb. F. Muradovun sözlərinə görə, bəzi qüvvələr Lapşin məsələsini siyasiləşdirmək istəyir: “Məsələyə siyasi yanaşmaq düzgün deyil. Bu, əslində Ermənistan tərəfinin sərgilədiyi mövqedir. Ermənistan hər vəchlə çalışır ki, məsələni siyasiləşdirsinlər. Ancaq beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Həm də düşünürəm ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Bu kimi hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək”.
Deputat bildirib ki, erməni diasporu nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, məğlub olduğu göz önündədir: “Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi konflikt yaranıb. Çünki Lapşin məsələsinə görə Ermənistan hakimiyyəti suçlanır. Erməni diasporu deyir ki, onlar hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə ora gedənləri müdafiə edə bilmir. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə, belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir. Bir sual vermək istəyirəm. Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər hansı bir əcnəbi vətəndaşın oradan Azərbaycan vətəndaşına güllə atmayacağına kim zəmanət verə bilər? Kim bundan əmin ola bilər? Əgər bu adam Azərbaycanın işğal altındakı ərazilərinə Azərbaycandan icazəsiz gedirsə, demək ki, o, Azərbaycan dövlətinə, xalqına qarşı çıxır. Bu da Azərbaycan əsgərinə güllə atmaq kimi bir şeydir. Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz bir yerdir. Ora gedən əcnəbilər hər şeyi edə bilər. Ermənistan tərəfi bildirir ki, Lapşin məsələsi Ermənistan turizminə də zərər vuracaq. Guya onlar işğal etdikləri Azərbaycan ərazilərində bir turizm zonası yaradıblar. Əlbəttə ki, bu, tamamilə yalandır. Çünki özünü turist qismində görən bir insan işğal olunmuş yerə getməz. İşğal edilmiş ərazilərdə ancaq terrorçular toplanır və orada qanunsuzluqlar olur. Heç kim təminat vermir ki, Azərbaycanın işğal edilmiş ərazilərində terrorçular yetişdirilmir. Narkotik dövriyyəsinin çoxalmasını heç kim istisna edə bilməz”.
Hərbi ekspert Üzeyir Cəfərov isə diqqətə çatdırıb ki, Azərbaycan qanunlarına hörmətsizlik göstərən, bir müddət özünü çox yekəxana və lovğa aparan Aleksandr Lapşinin Azərbaycana gətirilməsi çox ciddi hadisədir: “Çünki, Aleksandr Lapşin kimi psevdopatriotlar dünyada separatizmə, millətlərarası ədavətə rəvac verirlər. Yəqin ki, Lapşinin özü və ona dəstək verən erməni-rus dostları Bakıya gətirilərkən hava limanında onun miskin baxışlarını ömürlərinin sonlarına kimi unutmayacaqlar”. O qeyd edib ki, bundan sonra Dağlıq Qarabağa qanunsuz səfərlər edənlər və etmək istəyənlər çox ciddi düşünməli olacaqlar: “Belarusdan olan dostlarımıza göstərdikləri prinsipiallığa və fədakarlığa görə xüsusi təşəkkür edirik. Azərbaycanın onlara ən ağır vaxtlarda göstərdiyi dost, qardaş yardımını unutmadılar və bizim haqq işimizdə dəstək oldular. Məsələnin digər çox vacib tərəfi isə, həm qaniçən Ermənsitanın siyasi-hərbi rəhbərliyi, həm də onlara havadarlıq edən Rusiya və digərlərinin çox ağır mənəvi zərbə almasıdır. Onlar faktiki tərs sillə effekti almaq şokunu yaşayırlar”. Ekspert bildirib ki, Rusiyanın və Ermənistanın media və siyasət adamlarının Azərbaycana qarşı təhdidləri heç bir nəticə verməyəcək: “Azərbaycan dövləti A.Lapşinlə bağlı məsələdə bir daha hamıya xəbərdarlıq etdi ki, ölkəmizin qanunlarına hörmətlə yanaşsınlar. Əks halda onları da Lapşinin taleyi gözləyə bilər”.

Əli

Bu xəbər oxundu
- - -