Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Tramp hətta seçkiqabağı vədlərində söz vermişdi ki, Qarabağ məsələsini diqqətdən kənar saxlamaq fikrində deyil”

10.02.17, 11:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Abbasov: “Əgər üç həmsədr məmləkət beynəlxalq erməni lobbisinin təsirini bir qədər azalda bilsə, problem ölü nöqtədən çıxacaq”

Dünyanın geosiyasi düzəni dəyişir və bu proses ağrılı-acılı səhnələrlə yadda qalır. Təbii ki, qlobal xarakteri geosiyasi amillər bütün dünyaya, eyni zamanda, yaşadığımız bölgəyə də təsir edir. İqtisadi, siyasi, hərbi, dini, etnik müstəvidə həmlələrlə, qarşıdurmalarla müşahidə olunan prosesin mərkəzi əsasən Yaxın Şərqdir. Azərbaycanın qonşuları Türkiyə və Rusiya da bu prosesin içindədirlər. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri, Türkiyə isə üzvüdür. Eyni zamanda, prosesin müəlliflərindən olan Amerika Birləşmiş Ştatları və digər oyunçu Fransa da Minsk qrupunun həmsədridir. Onu da qeyd edək ki, Suriya problemi dünydakı digər münaqişə ocaqlarını arxa plana keçirib. Qarabağ problemi də bu qəbildəndir. Sadaladığımız faktorlar bundan sonra davam edəcək prosesə və eyni zamanda, Dağlıq Qarabağ probleminə necə təsir edəcəyi maraq doğurur.
Politoloq Tofiq Abbasov “Xalq Cəbhəsi”nə müsahibəsində məsələyə aydınlıq gətirməyə çalışdı.

-Dünyada gedən proseslər Dağlıq Qarabağ probleminin həlli istiqmətində aparılan danışıqlara necə təsir göstərəcək?
- Dünyada gedən proseslər axarından, çalarından və mürəkkəblik dərəcəsindən asılı olmayaraq bir-biri ilə əlaqəlidir. İndiki dönəmdə vacib olan budur ki, fövqəl güclər dünya nizamına yüngüllük gətirsinlər. Bu yol isə münaqişələrin həllindən keçir.
Böhranlı bölgələr məhz lider dövlətlərin bir-biri ilə haqq-hesab çürütməyi ucbatından asılı vəziyyətdə qıc olublar. Son illər bu cərəyan xüsusi ilə gözə çarpırdı. Təəssüf, heç də ürək açmayan bu cərəyan hələ də qüvvəsini saxlayır.
ABŞ administrasiyasına yeni adamın gəlməsi hələ ki, çoxdan gözlənilən dönüşü vəd edir. Əgər Vaşinqtonla Moskava, eləcə də digər nüfuzlu mərkəzlər heç olmasa bir gərgin beynəlxalq poblemin öhdəsindən konsensus yolu ilə gəlsələr, düşünmək olar ki, irəliləyişdən Qarabağ böhranına da müsbət pay düşə bilər. Hər halda Donald Tramp hətta seçkiqabağı vədlərində söz vermişdi ki, Qarabağ məsələsini diqqətdən kənar saxlamaq fikrində deyil.
Əgər üç həmsədr məmləkət beynəlxalq erməni lobbisinin təsirini bir qədər azalda bilsə, problem ölü nöqtədən çıxacaq. Bunun üçün isə erməni diasporunun, xüsusi ilə də onun Amerika qolunu ram etmək lazım gələcək. Bunun üçün isə şərait çoxdan yetişib.

-Hazırda Suriya məsələsi gündəmdədir. Bu Dağlıq Qarabağa hansı formada təsir edir. Problemin arxa plana keçməsi bizə nə vəd edir?
- Problemin beynəlxalq gündələyin ilk sıralarında yer alaması üçün ilk növbədə Azərbaycan diplomatiyası var gücü ilə çalışmalıdır. Etiraf etmək lazımdır ki, son illər bu kontekstdə həqiqətən vacib addımlar atılıb. Demək olar, bütün nüfuzlu beynəlxalq təşkilatlar, hərbi-siyasi bloklar (NATO, KTMT və s.) səviyyəsində ərazi bütövlüyü prinsipi birmənalı şəkildə əsas meyar kimi təsdiqini tapıb. Bu işdə rəsmi Bakının bilavasitə iştrakı və rolu olub. Yəni, Azərbaycana tərəfdaş olan məmləkətlər həm də bizim ölkənin rəyini nəzərə alaraq xalqların öz müqəddəratını həll etmək hüququnu ikinci plana keçirməyə qərar veriblər. Bu, böyük siyasi qazancdır.
O ki qaldı Suriya məsələsinin Qarabağ münaqişəsinə təsirinə, iki problem bir çox göstəricilərinə görə fərqlənir. Bizim bölgədəki böhran sırf ərazi iddiaları ucbatından əmələ gəlib, Suriyada isə milli, dini, məzhəb və hakimiyyət zəminindəki çəkişmələr bir nöqtədə kəsişir. Fövqəl güclərin bu məsələyə marağı həddındən artıq böyükdür. Bunu təsdiq edən budur ki, 60-dan çox ölkə münaqişədə öz maraqlarını müdafiə edir.
Buna baxmayaraq Suriya düyünü nə qədər tez açılsa, bir o qədər də Qarabağ məsələsi beynəlxalq diplomatiyasının prioritet kimi maraq dairəsinə qayıdar.
-Türkiyənin Rusiya ilə yaxınlaşmasını Qarabağ məsələsi baxımından müxtəlif formada şərh edənlər var. Müsbət və mənfi. Sizcə bu, Azərbaycanmın xeyrinədirmi?
- Ankara ilə Moskva arasıdakı münasibətlərin pozulması yalnız İrəvanın marağında olan məqsədddir ki, bu da erməni diplomatiyasının mənfur ruhdan xilas ola bilməməsini bütün çılpaqlığı ilə nümayiş etdirir. Avrasiya məkanında, eləcə də qlobal miqyasda öncül rolları oynayan bu iki dövlətin münasibələrinin nəbzi bir çox beynəlxalq proqramların müqəddəratına təsir göstərir.
Rusiya ilə Türkiyənin qarşılqlı və səmərəli əməkdaşlığı son dərəcə vacib əhəmiyyət kəsb edir. Sadəcə demək olar ki, bu münasibətlər beynəlxalq siyasətin funksional amillərindən birinə çevrilib. Odur ki, iki tərəf arasında siyasi dialoq bir qayda olaraq Qarabağ münaqişəsini vacib problem kimi diqqətdə saxlamaqdadır. Odur ki, həm Ankara, həm də Moskva bundan sirr düzəltmirlər və həm də problemin ağrısız, yəni yeni itkiləri istisna edən rejimdəki həllinə çalışdıqlarını bəyan edirlər. Hesab edirəm ki, bu Bakının marağında olan rejimdir.
-Lavrovun məlum açıqlamasını hansı kontekstdə şərh etmək olar?
- Zənnimcə, Lavrov ikibaşlı danımağı ilə mövcud vəziyyətə çaşqınlıq əlamətlərini əlavə etdi. Onun “Qadabağ problemi artıq Azərbaycanın ixtiyarından çıxıb” ifadəsi sırf provokativ məna daşıyır. Əvvəla, o deməli idi ki, bu problem münaqişə tərəflərinin ixtiyarında deyil, çünki həlletmə prosesi BMT-nin mandatı əsasında həyata keçirilir.
Əslində Lavrovun “yarım-həqiqət məntiqi” Azərbaycanın mövqeyini zəiflətmədi, çünki rəsmi Bakı problemlə bağlı mövqeyini çoxdan bildirib. Güc tətbiq etməyə gəlsə, yenə Azərbaycan öz ərazilərində özünün suveren hüququnu istifadə etmiş olacaq. Lakin son vaxtlar bizlər daha çox amerikalı diplomat Ceyms Uorlikin ikibaşlı və sürüşkən ibarələri ilə narahatlıq yaşayırdıq, çünki vasitəçilər həmişə dəqiq və qərəzsiz olmalıdırlar. Bu dəfə isə Rusiya diplomatiyasının başçısı oyunbazlığa əl atdı.
Əminəm ki, bu Azərbaycan diplomatiyası üçün zərbə deyil və işğalı aradan qaldırmaq üçün Bakı istənilən metodologiyadan istifadə edəcək.
-Son zamanlar cəbhədə ermənilərin təxrbatı artır. Bunun pərdəarxası məqamları nədən ibarətdir?
- Zənn edirəm ki, bunun bir neçə izahı var. Bir tərəfdən ermənilər ötən ilin aprel sindromundan qurtulmağın yolunu ön xətdə təxribatları artırmaqda görürlər. Yəni, Azərbaycandan qorxduqları halda qorxutmağa çalışırlar.
Digər tərəfdən onların harbi dairələrində seçkiqabağı çəkişmələr kəskinləşir. İddialılar açlq-aşkar didişib rəqiblərə problemlər yaradırlar. Sabiq müdafiə naziri Seyran Ohanyan, digər siyasi kürsüyə gözünü dikmiş hərbçilər, nəhayət siyasi elitaya züy tutan “Qarabağ mücahidləri” (azadatyutyunlar) parlament seçiklərinə bir neçə ay qalmış özlərinin qüvvədə olan təsir güclərini göstərirlər.
Nəhayət, rəsmi İrəvan Azərbaycanla sülh planını müzakirə etməkdən ötrü belə görübtü yaratmağa çalışır ki, münaqişə bölgəsində gərgin durumun mövcudluğunu qabartsın. Bu ona görə lazımdır ki, siyasi proses iflic vəziyyətə düşsün və İrəvan danışıqlardan yayınsın. Çünki istənilən halda sülh planını gerçəkləşməsinə işğalçı qoşunun Azərbaycan torpaqlarından çıxarılması yolu ilə başlamaq labüddür. Odur ki, təmas xəttində atəşkəsi pozmaqla İrəvan sülh prosesini gülləbaran edir.
Bu gün “Ermənistan elitası” dedikdə göz önündə düşüncəli, samballı, xalqın müqəddəratı qarşısında məsuliyyətlə davranan fərdlərin deyil, kriminal mənşəli, savadsız, intellektdən məhrum ünüsürlərin obrazı canlanır. Bu da onunla bağlıdır ki, erməni milli ideyası, düşüncəsi ötən əsrin sonunda ilişib qalıb.
Sözsüz, qonşu ölkədə, onun kənarında dəyərli, düşüncəli və İrəvanın bugünkü kursunun iflasla nəıticələnəcəyini duyan insanlar var. Onların bir çoxu elə ona görə ölkədən qıraqdadırlar ki, baş götürüb gediblər. Bir çoxları durmadan Azərbaycanla barışığa çağıranlardır. Lakin onların səsini batıran Serej Sarqsyan və onun ətrafıdır.
-KTMT-nin durumu ilə bağlı nə demək olar? Qazaxıstan, Belorusiya faktiki ermənilərə qarşıdır. Həmçinin Belorusiya qurumdan çıxacağını deyir. Belə olan halda bu qurumun hüquqi baxımdan Azərbaycanın Qarabağda başlada biləcəyi əməliyyatlara təsir etməsi mümkündürmü?
- Aprel döyüşləri zamanı KTMT necə davranmalı idisə, elə də davrandı. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bakı öz torpaqlarını erməni işğalından azad etmək istəyir və hər an de-okkupasiya əməliyyatına başlaya bilər. KTMT komandanlığı sözügedən gərginlikdən sonra heç bir siyasi bəyanat, ya açıqlama vermədi, halbuki İrəvan bunu nəinki gözləyirdi, həta təkidlə xahiş edirdi. Təsadüfi deyil ki, ermənilər həmin geriləmədən sonra Moskvaya, Minskə, Astanaya, Təl-Əvivə öz narazılığını bildirdi. KTMT-nin nizamnaməsinə görə təşkilat o zaman hərbi müdaxilərə qatıla bilər, əgər üzv ölkələrdən birini başqa dövlət hücum edə və ya təhdid törədə.
Hesab edirəm ki, belə gediş artıq Ermənistanın problem çərçivəsində təklənəcəyinə işarədir. Bir halda ki, Bakı öz ərazilərini hərbi mikrobdan təmizləmək istəyirsə, digər məmləkətlər, hərbi-siyasi təşiklatlar, o cümələdə KTMT (Öbəkistan KTMT-də təmsil olunmayıb) bu məsələdə neytralitet saxlamaqda davam edəcəklər.


Əli

Bu xəbər oxundu
- - -