Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”

16.02.17, 10:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əli Əhmədov: “Beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu "referendum"u tanımayacaq”


Fikrət Sadıqov: “Ermənistan tərəfindən atılan gülünc addımlar həm beynəlxalq təşkilatlar, həm də aparıcı dövlətlər tərəfindən yaxşı dərk edilir”


Sergey Markov: ““Referendum” Ermənistan tərəfinin peşəkarlığının aşağı səviyyədə olmasının göstəricisidir”



Artıq separatçı rejimin təxribat xarakterli addımları beynəlxalq ictimaiyyətdə də qeyri ciddi qəbul olunmağa başlayıb. Xarici ekspertlərin separatçı rejimin son addımı – “referendum” barədə açıqlamaları bunu deməyə əsas verir.
Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı “referendum”u şərh edərkən deyib ki, işğal olunmuş Dağlıq Qarabağda "referendumlar" keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərini aktivləşdirmək lazımdır. Ekspert tərəfləri münaqişənin həllində beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Baş nazirin müavini Əli Əhmədov isə deyib ki, bütün dünya - istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Ə. Əhmədov bildirib ki, problemin bu günə qədər həll olunmaması dünyanın bu yanaşmasının dəyişməsi anlamına gəlmir: “Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər. Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezidentin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq. O ki qaldı ermənilər və ya kimlərinsə haradasa "referendum" keçirməsinə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağın Azərbaycana adi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Kimlərsə gününü xoş keçirmək üçün bu "referendum"u keçirirsə, keçirsinlər. Təbii ki, Azərbaycan xalqı və hökuməti, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu "referendum"u tanımayacaq. Lakin bu "referendum" münaqişənin həlli istiqamətində atılan addımları bir qədər çətinə sala bilər. Bu, Ermənistan tərəfinin növbəti təxribatı kimi qiymətləndirilməlidir”.
Politoloq Fikrət Sadıqov isə deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” adlı tamaşaların keçirilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, gülüncdür:” Əgər həmin ərazidə bir nəfər də olsun azərbaycanlı yoxdursa, o zaman həmin ərazidə “referendumun” keçirilməsi məntiqə zidd hərəkətdir. Ermənistan tərəfindən atılan gülünc addımların həm beynəlxalq təşkilatlar, həm aparıcı dövlətlər tərəfindən çox yaxşı dərk edildiyini deyən politoloq deyib ki, amma nədənsə, sözügedən dairələr heç bir təzyiq göstərməməklə yanaşı, faktiki olaraq buna seyrci mövqe ilə baxıb, heç bir diplomatik, siyasi təzyiq göstərmirlər. Onsuzda nə region, nə aparıcı dövlətlər, nə də beynəlxalq strukturlar “referendum”un nəticələrini tanımayacaqlar. Burada Ermənistan sadəcə özünü aldadır”.
Politoloq qeyd edib ki, Ermənistanın bu addımının arxasında hansısa dairələrin diqqəti cəlb etmək məqsədi dayanır: “Ermənistanın hərəkətləri Azərbaycanın maraqlarına zidd olmaqla yanaşı təxribat xarakteri daşıyır. Xüsusilə də düşənən ölkənin hər hansı görüş ərəfəsində bu kimi addımlar atması gözləniləndir. Bilrisiniz ki, yaxın zamanlarda XİN başçılarının görüşü keçirilməlidir. Görüş ərəfəsində Ermənistanın belə addım atmaqla heç bir kompramisə getmədiklərini, razılığa gəlməyəcəklərini göstərmək istəyir. Lakin bu, addım həm həmsədr, həm də aparıcı ölkələrə qarşı rekasiyadır. Bütün bunların arxasında beynəlxalq təşkilatların, aparıcı ölkələrin ikili mövqe nümayiş etdirməsi dayanır. Düzdür, onun nəticələrini heç kim tanımayacaq. Amma biz istərdik ki, bu mövqe seçkilərdən sonra deyil, indi göstərilsin. ATƏT-in Minsk qrupu bununla bağlı bəyanat qəbul edərək Ermənistanı sərt şəkildə tənqid edə bilər. Çox təəssüf ki, bu addımların atılmaması separatçıların "referendum" istəyi ilə nəticələnir”.
Deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum" beynəlxalq hüquq normalarına ziddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır. O bildirib ki, beynəlxalq ictimaiyyət buna qəti etirazını bildirməlidir: "Biz gözləyirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar, xüsusən bu problemin sülh yolu ilə həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qeyri-qanuni "referendum"a qəti etirazlarını bildirsinlər. Əgər bütün bunlar olmasa, biz birmənalı şəkildə qəbul edəcəyik ki, beynəlxalq ictimaiyyət də, Minsk qrupunun həmsədrləri də Ermənistanla artıq açıq şəkildə eyni məqsədə xidmət edirlər və işğal olunmuş torpaqlarımızın Ermənistanın təcavüzü altında saxlanmasında maraqlıdırlar". Deputat bildirib ki, bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür: "Azərbaycan ordusu torpaqlarımızı azad etmək üçün hərəkətə keçəndə nə beynəlxalq təşkilatların, nə də Minsk qrupunun həmsədrlərinin Azərbaycana "dayan" deməyi üçün heç bir mənəvi və hüquqi əsasları olmayacaq".
Millət vəkili Elman Məmmədov deyib ki, torpaqlarımızı azad edəndən sonra Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda qanunsuz hərəkətlər edən hərbi cani və cinayətkar seperatçı qruplar həbs olunacaqlar və etdikləri hərəkətlərə görə cavab verəcəklər. O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun separatçıları təlxək hərəkətləri edirlər: “Onlar işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni hərəkətlər edirlər. İndi də qondarma referendum keçirmək istəyirlər. Azərbaycan bununla bağlı benynəlxalq təşkilatlara, ATƏT-ə, BMT-yə etirazını bildirib. Beynəlxalq təşkilatlar isə bunun qarşısını almaq əvəzinə, cinayətkarları cinayətə həvəsləndirirlər. Azərbaycan torpaqlarını işğaldan azad edəcək və separatçılar hərkətlərinə görə cavab verəcəklər”.
Politoloq Mübariz Əhmədoğlu da dünən keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağda keçiriləcək qondarma referendumdan danışıb: “Bu, Qarabağın erməni əhalisi üçün yox, xarici müşahidəçilər üçün nəzərdə tutulub”. O qeyd edib ki, Ermənistan prezidenti başa düşür ki, Qarabağda aktivlik yaranır. Sarkisyan buna görə də qondarma rejimin prezidenti Bako Sahakyanı hələ iki il hakimiyyətdə saxlamaq istəyir. Qarabağın adının dəyişdirilməsi məsələsinə gəlincə, politoloq bildirib ki, ermənilər seperatçı rejimi Qarabağ adı ilə dünyaya tanıda bilmədilər. Ona görə də "Artsax" adlandırmaq istəyirlər. Politoloq qeyd edib ki, Artsax sözü erməni yox, türk mənşəlidir: "Qarabağın bütün toponimləri göstərir ki, Azərbaycana məxsusdur".
Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Trend-ə bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda "referendum"un keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolundan kənara atılan daha bir addım, eləcə də erməni tərəfinin danışıqlar aparmamaq istəyinin göstəricisidir. S.Markov bildirib: "Fikirləşmirəm ki, qarşıdakı "referendum" ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən müsbət qarşılanacaq. İşğal olunmuş Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi erməni tərəfinə sənədləşməni çətinləşdirməkdən başqa heç nə verməyəcək. Danışıqlar zamanı, eləcə də bütün beynəlxalq sənədlərdə bu ərazilər azərbaycanca adını saxlayacaq - Dağlıq Qarabağ". Ekspertin sözlərinə görə, keçiriləcək "referendum" Ermənistan tərəfinin peşəkarlığının aşağı səviyyədə olmasının göstəricisidir və bu, simvolik və qeyri-produktiv bir jestdir.

Əli

Bu xəbər oxundu
- - -