Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rasim Balayevin çəkildiyi filmlər…

20.02.17, 12:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb. O, ekranda cəsur insanların və həqiqi vətənpərvərlərin səmimi obrazını yaradıb. Bu fikri Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbə heyəti ilə göruşündə bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov səsləndirib.
Rektoru tanınmış aktyorun həyat və yaradıcılığından danışaraq Rasim Balayevi Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi adlandırıb, dövlətimizin hər zaman dəyərli sənətkarı yüksək tutduğunu deyib. Rasim Balayev BANM-in rəhbərliyinə bu görüşü təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.
Daha sonra tələbələrin xahişi ilə tanınmış aktyorun ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri səslənib. Eyni zamanda, BANM-in kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə Nəsiminin qəzəllərindən birini oxuyub. Onun bacarığını yüksək qiymətləndirən Rasim Balayev BANM-in tələbələrinə uğurlar arzulayıb və auditoriyanın çoxsaylı suallarını cavablandırıb. Tədbirdə görkəmli aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub. Sonda BANM-in rektoru Elmar Qasımov tanınmış aktyora Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomunu təqdım edib.

Bu xəbər oxundu
- - -