Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

1905-1906-ci illərdə ermənilər tərəfindən Qarabağda azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar

27.02.17, 10:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Ermənilər “Böyük Ermənistan” adıyla dünyaya cəfəng iddialarını sırımağa çalışırlar. Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı ermənilərin “özününküləşdirmə” siyasətinin isə heç bir əsası yoxdur. Q.Hacıyev və Ə.Əbdüləzimovun araşdırmasında vurğulanır ki, XX yüzilliyin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionu Yelizavetapol quberniyasının tərkibində idi. XIX yüzilliyin sonlarında meydana çıxan erməni təşkilatları yarandığı andan azərbaycanlı-türk əhalinin dincliyini kəskin şəkildə pozurdular: “Gəlmə ermənilərin Qarabağda möhkəmləndirilməsi üçün Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasəti XX yüzilliyin əvvəllərində daha geniş vüsət almışdı. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd yandırılıb məhv edilmişdi. Bu kəndlərin yarıdan çoxu sonralar da dağılmış vəziyyətdə qaldı, az bir hissəsinə azərbaycanlılar qayıda bildilər, qalanlarında isə ermənilər məskunlaşdılar. Ermənilərin Dağlıq Qarabağ ərazisinə əsassız iddiaları 1905-1906-cı illərdə silahlandırılmış ermənilər tərəfindən azərbaycanlıların qırğını ilə nəticələndi. Həmin dövrdə silahlı erməni quldur dəstələri Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş, yüzlərlə kəndi, qəsəbəni və şəhəri dağıtmış, yandırmışdılar.
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilər İrəvan və Gəncə quberniyalarının 200, Şuşa-Pənahabad, Cəbrayıl və Zəngəzurun isə 75 kəndini talan etdilər”.
Rusiyanın geosiyasi maraqlarına uyğun olan bu proseslər ermənilər üçün çox məqsədəuyğun idi: “Qanlı aksiyalarda məqsəd yerli əhalini - azərbaycanlıları Şuşa - Pənahabadı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Lakin ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi belə, demoqrafik vəziyyəti dəyişə bilməmişdi. Beləliklə, ermənilər çar Rusiyasının hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın siyasi və iqtisadi həyatında ciddi problemə çevrildilər. Ermənilər sonrakı dövrlərdə də mühüm məqamlarda Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar və açıq separatçılıq əməllərini davam etdirdilər”.
Qarabağ regionunun I Dünya müharibəsi illərində ictimai-siyasi vəziyyəti ağır idi: “I Dünya müharibəsinin davam etdiyi bir zamanda Rusiyada Fevral burjua inqilabı baş verdi (1917-ci il). Bu zaman Yelizavetapolda (Gəncə) və digər qəza şəhərlərində ictimai təşkilatların icraiyyə komitələri yaradılmışdı. Quberniya və onun qəzalarına müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla bərabər Yelizavetapolda Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı. Eyni zamanda, qəza şəhərlərində (Şuşa-Pənahabad, Nuxa, Karyagin və d.) də sovetlər təşkil edilmişdi. Yelizavetapol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905-ci ildən başlayaraq milli-siyasi təşkilatlanma genişlənirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev və başqaları böyük iş aparırdılar. Nəsib bəy Yusifbəyli 1917-ci ilin martında “Türk ədəmi-mərkəziyyət” partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı mübarizədə erməni-daşnak və bolşevik siyasi partiya və təşkilatları birləşərək eyni mövqedən mübarizə aparırdılar. Oktyabr çevrilişindən (1917-ci il) sonra Sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetapol quberniyasının mövqeyini daha da möhkəmləndirdi.
«Qafqaz təqvimi»nin (1917-ci il) məlumatına görə Yelizavetapol quberniyasında 4 şəhər (Gorus, Şuşa, Yelizavetapol, Nuxa (Şəki)) və 8 qəza (Zəngəzur, Şuşa, Cavanşir, Karyagin (Fizuli), Yelizavetapol, Nuxa, Ərəş, Qazax) var idi. Qarabağ ərazisi də daxil olmaqla Yelizavetapol quberniyasının ərazisi 38922,43 kv.verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%) qəzalarda yaşayırdı. Əhalinin 783065 nəfəri (61,41%) azərbaycanlılar, 36957 nəfəri (2,9%) ruslar və s. idi. Yelizavetapol quberniyasında quberniya idarə sistemi mövcud idi. Quberniyanı hərbi qubernator, 1872-ci ilin martından isə qubernator idarə edirdi. Xanların, bəylərin, ağaların əlində 440,7 min, kəndlilərin əlində 124,3 min desyatin torpaq vardı. Əhali müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq ipəkçilik, üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sənaye fəaliyyəti və ticarətlə məşğul olurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələri (Yelizavetapol və Zəngəzur qəzaları) yerləşirdi. İpəkçiliyin əsas mərkəzi (Nuxa qəzası) da burada idi.
Sözügedən dövrdə Yuxarı (Dağlıq) Qarabağ inzibati vahid deyildi. Ona görə də o dövrün Rusiya statistikasında Yuxarı (Dağlıq) Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında konkret məlumat yoxdur. «Qafqaz təqvimi» məcmuəsinə görə, 1917-ci ildə Qarabağda, yəni Yelizavetapol quberniyasının Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında cəmi 339 min nəfər əhali yaşayıb”.
Qarabağda ermənilərin azərbaycanlılara qarşı soyqırımı aparılırdı: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yeni yaradılmış Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Qarabağla bağlı əsassız iddia irəli sürdü. Azərbaycan hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanın tərkib hissəsi sayır və burada siyasi hakimiyyətin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tutan Gəncə quberniyası, keçmiş Yelizavetapol quberniyasına yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla, qalan 10 qəza (Şuşa, Cəbrayıl, Cavanşir, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Qazax, Gəncə, Nuxa, Ərəş) və 1 dairə (Göyçə) Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni separatizmi və azərbaycanlılara qarşı soyqırımı şəraitində ölkəni daha səmərəli idarə etmək üçün müvafiq vasitələrdən istifadə edirdi.
1918-ci il 5 noyabrda Yelizavetapolda keçirilən Qafqaz müsəlmanlarının hərbi qurultayı azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı. Müsəlman süvari polku yaradıldı. Azərbaycanın Qarabağ regionu tarixən Cənubi Qafqazda böyük strateji əhəmiyyət kəsb edirdi. Rusiya, İran, Türkiyə, Ermənistan, həm də dünyanın aparıcı dövlətləri bu bölgəyə xüsusi maraq göstərirdilər. Bu vəziyyət Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına çevrilməsinə gətirib çıxarmışdı. Qarabağda erməni separatizmi özünün tüğyan həddinə çatmışdı. Belə şəraitdə Azərbaycan hökuməti Qarabağda və Ermənistanda sərhəd bölgələrində baş qaldıran erməni separatizminin yatırılması üçün kompleks tədbirlər gördü.
Azərbaycan hökuməti Qarabağda olan hərbi qüvvələri möhkəmləndirdi. Azərbaycanın bütün səlahiyyətlərinin qorunmasına doğru istiqamətlənmiş daxili və xarici siyasət həyata keçirməyə başladı. Bütün bunların nəticəsində 1918-1920-ci illərdə Qarabağda erməni separatizmi xeyli zəiflədildi və orada Azərbaycanın suveren hüquqları bərpa edildi. O vaxt Azərbaycan milli hökumətinin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın torpaq bütövlüyü qorunub saxlanıldı.
I Dünya müharibəsi cəbhəsindən qayıdan rusların öz silahlarını ermənilərə verməsi ilə əlaqədar olaraq erməni-daşnakların əlinə böyük miqdarda silahın keçməsi azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsinə səbəb oldu. Belə ki, Rusiyaının himayəsindən istifadə edən ermənilər I Dünya müharibəsi bitdikdən sonra bəzi Avropa dövlətlərinin siyasətindən yararlanaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər.
1918-ci ilin əvəllərində türk-müsəlman xalqına məxsus İrəvan torpaqlarında “Ararat” adlı dövlət yaradan ermənilər şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları irəli sürdülər. Zəngəzurdan keçməklə Qarabağa girmək istəyən Andranikin dəstəsinə Sultan bəy ağır zərbə vurdu. Lakin daşnak qüvvələri müxtəlif yollarla Qarabağa soxuldular. 1918-ci ildə ermənilər Qarabağda soyqırımı törətdilər. Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. 1919-cu il yanvarın 13-də X.P.Sultanovun rəhbərliyi ilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğu yaradıldı. Yuxarı Qarabağda ermənilərin silahlı dəstələrinin hücumları X.P.Sultanovun gördüyü tədbirlər nəticəsində dəfələrlə dəf edildi”.
Qarabağda erməni separatizminə qarşı mübarizə aparıldı: “Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Erməni millətçiləri AXC yarandıqdan sonra uydurma «Böyük Ermənistan» ideyasını həyata keçirmək üçün yenidən fəaliyyətə başladılar. Onların məqsədi ilk növbədə Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarını pozdu. Şuşanın ermənilər tərəfindən işğal edilmiş qala hissəsi çətin bir mübarizədən sonra ələ keçirilərək, bu bölgədəki erməni hücumları təhlükəsinin qarşısı alındı. Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü və Yuxarı Qarabağda erməni separatizmini ləğv etmək üçün qətiyyətli fəaliyyət göstərmiş və buna nail olmuşdu”.

Uğur

Bu xəbər oxundu
- - -