Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr...”

01.03.17, 11:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Riçard Hoqland: “Tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir”

Üzeyir Cəfərov: “Ermənistanın siyasi-hərbi rəhbərləri bu vassal ölkəni böyük sürətlə fəlakətlərə aparır”

Elman Məmmədov: “Ermənilər artıq dərk etməyə başlayıblar ki, ölkəni bir qrup cinayətkar idarə edir”

Cəbhə xəttində baş verən gərginlik dünya mediasının da diqqətindədir. Eyni zamanda, beynəlxalq təşkilatlar da mütəmadi açıqlamalar verirlər. Bəzi xarici ekspertlər isə müharibə ehtimalının yüksək olduğunu vurğulayırlar.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir. Diplomat qeyd edib ki, həmsədrlərin 25 fevral tarixli bəyanatında atəşkəs rejminə hörmət edilməsi ilə bağlı çağırış bir daha səsləndirilib.
Cəbhədəki gərginlik erməni ictimaiyyəti tərfindən vahimə ilə qarşılanır. Dövlətlərinin Azərbaycan ordusu qarşısında tab gətirə bilməyəcəyini dərk edən erməni ictimaiyyəti arasında işğal altında olan Azərbaycan torpqlarının geri qaytarılmasının vacibliyi ilə bağlı fikirlər səsələndirlir.
Belə ki, erməni KİV-ləri son günlər məhz bu məsələ ətrafında çoxsaylı yazılar dərc edir, açıqlamalara və rəylərə əsas səhifələr ayırırlar.

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Ermənistanın həm əvvəlki, həm də hazırkı siyasi-hərbi rəhbərlərinin ağılsız və düşüncəsiz addımları bu vassal ölkəni böyük sürətlə fəlakətlərə aparır:”Diqqət edin ki, son vaxtlar bunlar sanki zəncirdən buraxılan buğa kimi "yetənə yetir, yetməyənə isə daş atırlar". Onun sözlərinə görə, həm daxildə, həm də xaricdə son vaxtlar ermənilərin cinayətkar başçısı Serj Sarkisyan və az sayda qalan yaxın ətrafı diqqəti öz üzərindən yayındırmaq üçün Qarabağda müxtəlif istiqamətlərdə gərginliyin yaradılması üçün aktiv fəaliyyətə başlıyıb: “Xüsusən də indiyə kimi bir o qədər də atəşkəs rejiminin pozulması ilə diqqəti cəlb etməyən Xocavənd-Füzuli istiqamətində kəşfiyyat-diversiya xarakterli hərəkətlər etməyə, təmas xəttinin yaxınlığına xeyli canlı qüvvə və əlavə ağır texnika cəmləməyə başlamışdı. Bütün bunlar bizim komandanlığa məlum idi və qəhrəmancasına həlak olan şəhid kəşfiyyatçılarımız da düşmənin fəaliyyətini izləmək, əlavə məlumat toplamaq məqsədi ilə neytral ərazidə olarkən xain ermənilərin atəşinə və həmləsinə məruz qaldılar. Allah vətən uğrunda həlak olan övladlarımıza rəhmət eləsin. Onların hər biri düşmənə 5-10 qat artığı ilə zərbə vurmağı bacaran igidlər olublar.
O ki qaldı düşmənin təxribat məqsədiylə yaydığı videolara, mən hesab edirəm ki, bu informasiya müharibəsinin bir elementi kimi bizim əhval-ruhiyyəmizə təsir göstərmək, müəyyən çirkin məqsədlər üçün istifadə olunan metdolardan biridir. Narahatçılığa əsas yoxdur. Əksinə, yaxın günlərdə düşmənin hansı ağır zərbələr alacağını hamımız eşidəcəyik. Buna hər kəs əmin ola bilər”.
Millət vəkili Elman Məmmədov diqqətə çatdırıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində beynəlxalq hüquq normalarına öz havadarlarına arxalanaraq məhəl qoymur. Millət vəkili bildirib ki, Ermənistan bu günə qədər onlara qarşı heç bir cəza tədbiri, sanksiyalar tətbiq olunmamasından həvəslənir: "Ermənilər münaqişə dövründə daim azərbaycanlı meyitlər üzərində işgəncələr, vandalizm həyata keçiriblər. Fevralın 25-də də cəbhədə erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin meyitlərinin neytral zonadan götürülməsinə onlar mane olmağa cəhd etdilər. Onlar ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə güvənir, bundan istifadə etməklə belə iyrənc üsullara əl atırlar. Ermənistan bu günə qədər onlara qarşı heç bir cəza tədbiri, sanksiyalar tətbiq olunmamasından həvəslənir. Ümid edirlər ki, bu işğalçı dövləti həmin beynəlxalq təşkilatlar, güc mərkəzləri müdafiə edəcəklər". E.Məmmədov Ermənistanın son vaxtlar cəbhə xəttində törətdiyi təxribatların səbəbini hakim rejimin öz siyasi nüfuzunu artırmaq cəhdləri ilə izah edib: "Ermənistanda qarşıdan seçkilər gəlir. Ermənistan hakimiyyəti ifşa olunmuş, nüfuzunu itirmiş qrupa çevrilib. Ermənilər artıq dərk etməyə başlayıblar ki, ölkəni idarə edən bir qrup cinayətkardır. Həmin cinayətkar qrup isə siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün bu cür təxribatlara əl atır. Amma əminəm ki, onları heç nə xilas edə bilməyəcək".
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, öncə ermənilər hücuma keçib. Politoloq öncə ermənilərin hücuma keçmə səbəbinə aydınlıq gətirib: “Müharibə məsələsində bir qədər soyuq başla hərəkət etmək lazımdır. Onsuz da ermənilər rusların bir növ forpostu olsalar belə, bu qələti özləri üçün edirlər və bu oyun aprelə qədər davam edəcək. Çünki apreldə Ermənistanda seçkilərdir və Sarkisyan hakimiyyəti götürmək istəyir, müxalifət isə bunu qəbul etmək istəmir. İndiyə qədər də bunlar Ermənistanda bütün seçkiləri Qarabağ kartı ilə hakimiyyətə gəliblər. İndi də həmin prosesi davam etdirmək istəyirlər”.
Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar isı deyib ki, hər gərginlikdən sonra Birləşmiş Millətlər Təşkilatı bu kimi halların yaşanmaması üçün iki ölkə arasında həll yollarının tapılmasının vacibliyini vurğulayır: “BMT-nin ağlına gəlsəydi, Ermənistanın işğalçı olmasından qaynaqlanan problemlərin həll edilməsində daha məsuliyyətli olardı”. Onun sözlərinə görə, ancaq BMT-nin beynəlxalq hüquqa uyğun olaraq əvvəl verdikləri qərarlar ağlına gəlmir: “Həmin halı ATƏT-in Minsk qrupu da təkrarlayır. Hər dəfə iki ölkəyə səfər edərək gərginliyin yenidən yaşanmaması ilə bağlı istək və təkliflərini ifadə edirər. Ancaq onların sözügedən istəkləri münaqişəni həll etmir. Əfsus ki, beynəlxalq ictimaiyyət problemdən qaçmaqla onun həll edildiyini düşünür”.
Millət vəkili Dilarə Cəbrayılova hesab edir ki, ermənilər bizim gücümüzü yaxşı bilirlələr və başa düşürlər ki, müharibəyə başlasalar uduzacaqlar: “Ona görə də müxtəlif təxribatlara əl atırlar. İşğalçı rejim bununla hakimiyyətini uzatmağa cəhd edir. Əslində isə ermənilər bir xalq, Ermənistan isə bir dövlət kimi çöküb. Ömürlərini uzatmaq üçün son vasitələrdən istifadə edirlər. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələdə də ikili standart nümayiş etdir. Ancaq vəiyyət belə davam edə bilməz. Beynəlxalq aləm dərk etməlidir ki, Ermənistanın yürütdüyü işğalçı siyasət nəinki region, eləcə də bütün dünya üçün təhdidir. Nə qədər ki, bizim güclü siyasi iradəyə malik Prezidentimiz var, inanın ki, ermənilərin bütün cəhdləru uğursuzluğa düçar olacaq. Çünki Azərbaycan regionda ən güclü orduya, beynəlxalq aləmdə isə yüksək imicə malik ölkəyə çevrilib. Azərbaycan cəmiyyəti də ölkə başısının ətrafında sıx birləşməlidir ki, işğal altında olan torpaqlarımızı azad edə bilək. Bu halda ikili standartların da heç bir təsiri olmayacaq. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə yaxın zamanlarda işğal altında olan bütün torpaqlarımız azad ediləcək”.
Əli

Bu xəbər oxundu
- - -