Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kuba televiziyası Azərbaycan haqqında film hazırlayır

01.03.17, 13:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində Kubanın Havana televiziya kanalı “Odlar Yurdu Azərbaycan” sənədli filminin çəkilişlərinə başlamaq niyyətində olduğunu bildirib. Havana kanalının “Mədəniyyət xəbərləri” buraxılışında efirə getmiş reportajda bildirilib ki, Azərbaycan mədəniyyəti ilə bağlı çəkiləcək 10 hissəli sənədli filmin birinci hissəsi xalqımızın əziz bayramı olan Novruz bayramına, milli mətbəximizə, qədim adət-ənənələrimizə həsr ediləcək. Məlumatda xalqımızın Novruz bayramı ilə bağlı adətlərindən, bayram çərşənbələrinin rəmzi mənalarından bəhs edilib.
Reportajda Novruz bayramının beynəlxalq əhəmiyyətindən danışılaraq diqqətə çatdırılıb ki, BMT Baş Məclisinin qərarı ilə 2010-cu ildə Beynəlxalq Novruz Günü təsis olunub. Bu bayram 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Layihə çərçivəsində martın 21-dək hər çərşənbə axşamı növbəti bayram çərşənbələrinin adətləri haqda izləyicilərə məlumatlar veriləcək.

Bu xəbər oxundu
- - -