Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çindəki sınaqlar ABŞ-ı qorxuya salıb!

03.03.17, 10:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çin Xalq Respublikasında (ÇXR) ən yeni pilotsuz uçaqların sınaqdan keçirilməsi Amerika Birləşmiş Ştatlarını (ABŞ) qorxuya salıb. Bu yeniliyi nümayiş etdirməklə, Çin göstərib ki, zərbə «dron»larının istehsalı məsələsində olduqca yüksək ahənglə ABŞ-ı haqlamaq üzrədir. Çində son nəsil pilotsuz uçan aparatların (PUA) sınaqları baş tutub. «Wing Loong II» aparatı zərbə pilotsuz uçağı sinifinə aiddir və 480 kiloqram raket-bomba yükü daşımaq qabiliyyətinə malikdir («Defense News»).
Dronun qanadlarının miqyası («razmax») 20 metrdən artıqdır. O, praktiki olaraq, 9 min metr yüksəklikdə 20 saata yaxın qala bilir. Dron, bomba və raket üçün 6 xarici daşıyıcıya malikdir. Hal-hazırda bundan artıq silah-sursat daşıya bilən zərbə dronu yalnız ABŞ-da var (MQ-9 Reaper). Onun faydalı yükqaldırma qabiliyyəti 1700 kiloqrama bərabərdir. Dronun uğurlu sınağı onu göstərir ki, Çin böyük sürətlə ABŞ-a çatmaq üzrədir.

Bu xəbər oxundu
- - -