Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vergilər Nazirliyinin Apelyasiya Şurası araşdırma aparır

03.03.17, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2016-cı il ərzində Vergilər Nazirliyinin Apelyasiya Şurasının icraatında 171 müraciət olub. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu müraciətlərin 5-i əvvəlki ildə, 166 müraciət isə 2016-cı il ərzində daxil olub. İcraata götürülmüş müraciətlərdən 61-i səyyar vergi yoxlamaları, 42-si kameral vergi yoxlamaları, 28-i operativ vergi nəzarəti, 3-ü eyni zamanda həm kameral, həm də səyyar vergi yoxlamaları ilə bağlı olub.
64 müraciətin tam, 23 müraciətin isə qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 15 müraciətin icraatına “İnzibati icraat haqqında” Qanunun 72.2-ci maddəsinə uyğun olaraq xitam verilib, 5 müraciət vergi ödəyicisi tərəfindən geri götürüldüyü üçün “İnzibati icraat haqqında” Qanunun 75.1.4-cü maddəsinə əsasən baxılmadan saxlanılıb. 20 müraciət “İnzibati icraat haqqında” Qanunun 80.1.1-ci maddəsinə əsasən təmin edilməyib.
20 müraciətə Şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu üçün, 6 müraciətə baxılması zamanı müraciətlərin predmetinin aradan qalxdığı üçün, habelə 7 müraciətə isə təklif xarakterli olduğu üçün müvafiq məktublar göndərilib. 11 müraciət üzrə qanunvericiliyə uyğun olaraq inzibati araşdırma davam etdirilir.

Bu xəbər oxundu
- - -