Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

8 ali təhsil müəssisəsinin akkreditasiyasına başlanılıb

06.03.17, 14:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2015/2016-cı tədris ilində 5 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, 8 ali təhsil müəssisəsinin isə akkreditasiyasına başlanılıb.
Bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Turizm və Sənaye Menecment Universitetinin akkreditasiyası keçirilib.
Akkreditasiyasına başlanılan ali təhsil ocaqları siyahısında isə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Bakı Biznes Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yer alıb.
Qeyd edək ki, hesabat Milli Məclisin martın ayının 17-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

Bu xəbər oxundu
- - -