Ana səhifə
  Layihə
  Siyasət
  Xeber
  Ədəbiyyat
  Sosial
  Güney
  Dünya
  Mədəniyyət
  İdman
  Genocide
   Arxiv


 
Güney Azərbaycan şəhərlərinə "Sepah" qüvvələri yeridilib
Soydaşlarımız 21 Fevral Beynəlxalq Ana Dili Günündə aclıq aksiyası keçiriblər
Hər il olduğu kimi bu il də 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində fars-molla rejimi Güney Azərbaycanda sodaşlarımıza qarşı təzyiqləri artırıb. Bir neçə gün əvvəl Urmuda "Ettellat" əməkdaşları 4 fəalın evlərinə basqın edərək onları naməlum istiqamətə aparıb. Ümumiyyətlə, polislər və mülk geyimli "Ettelaat" əməkdaşları Urmunun bütün əsas küçələrinə nəzarəti gücləndirib. Amma təzyiqlərdən qorxmayan milli fəallar şəhərdə və ətraf kəndlərdə əhalini Beynəlxalq Ana Dili Gününü qeyd etməyə çağıran vərəqələr yayıblar.
Srağagün yaydığı bəyanatda Azərbaycan Milli Dirəniş Hərəkatı 21 Fevral Beynəlxalq Ana Dili gününü hər bir azərbaycanlının öz ana dilini müdafiə etməsinin vacib sayıb: "Ötən il Beynəlxalq Ana Dili Günü (2 İsfənəd 1385 - 21 Fevral 2007) yüz minlərlə Azərbaycan türkü fars şovinizminin dil və mədəniyyət üzərində qoyduğu
ayrı-seçkiliklərə qarşı böyük və dinc etirazlar bildirdi.


Göytürk

Amma dinc aksiyaya qatılanlar polisin təzyiqinə məruz qalıb və tutulan şəxslər naməlum yerlərə aparılıb. Ötən il Beynəlxalq Ana Dili Günündə həbs olunanlar fiziki və psixoloji təzyiqlərə məruz qalıb, onlardan çoxu böyük girovlar qoyduqdan sonra azadlığa buraxılmışdılar. Ancaq bəzi soydaşlarımız fars şovinizminin göstərişi əsasında
pantürkizm, separatçılıqda günahlandırılaraq, uzun müddətli həbsə məhkum olunublar.
Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycanda
keçirilən etirazların ilk ildönümündə türk millətinin kimliyini, dilini məhv etməyə, milli-mədəni hüquqlarını tapdalamağa qalxan fars şovinist qüvvələrinə etirəaz etdiyinə görə zindanlarda saxlanılar bütün Azərbaycan milliyyətçi fəallarının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik. Beynəlxalq İnsan Hüquq Təşkilatlarını Azərbaycan milli fəallarının buraxılmasını və fars şovinizminin aparteid siyasətini pisləməyə çağırırıq.
Azərbaycan Milli Dirəniş Təşkilatı 21 Fevral Ana Dili Günündə bütün Azərbaycan millətini farsın şovinizm siyasətinə etiraz etməyə çağırır"
Bu ərəfədə "Ettelaat" əməkdaşları Zəncanda da üç fəalı həbs edib. Onların evlərindəki kompüter, disket, kitab və yazıların da müsadirə olunduğu vurğulanır. Amma təzyiqlərdən çəkinməyən Zəncan fəalları yaydıqları vərəqələrdə əhalini fevralın 21-də saat 16-da şəhərin "Səbzə meydan" parkında toplaşaraq İranda Azərbaycan türklərinə qarşı yürüdülən ayrı-seçkilik siyasətinə etiraz etməyə çağırıblar. Milli fəallar Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən toplantıların uğurlu olacağına inandıqlarını bəyanlayıblar.
Dünən isə Azərbaycanın bir neçə şəhərində tələbələr Təbriz tələbələrinə dəstək məqsədilə bir günlük aclıq aksiyasına başlayıblar. Ərdəbil, Sulduz, Urmu və Zənganda çoxlu tələbə məktəbə getməkdən imtina ediblər. Bu günlərini ana dilinə həsr edərək aclıq aksiyasına başlayıblar. Ərdəbildə Abbas Leysanlı adına Cəmiyyət dünən keçirilən aksiyada hazırda həbsdə olan Leysanlinin fotoşəkillərini yayıblar.
21 Fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində Azərbaycanın bir çox şəhərində rabitə əlaqəsi kəsilib. Təbrizdən gələn xəbərlərə görə, xiyabanlarda polis və "Bəsic" əməkdaşları gəzir və şəhərin mərkəzi parklarında "Sipah" qüvvələrinin avtomobilləri dayanıb. Rəsmi orqanlar bir çoxlu bölgədə İnternet bağlantıları və telefon xətlərinin kəsilməsini "texniki problem" kimi qələmə verib.
Qeyd edək ki, soyuq hava səbəbindən bir neçə bölgədə açıq havada aksiya keçirmək imkanları məhdudlaşıb. Fars hakimiyyəti isə milli fəallara təzyiq göstərərək onları aksiyalara qoşulmağa çağırıblar. Aldığımız məlumata görə, Təbrizdə bir neçə fəalın evinə əməkdaşını göndərən "Ettelaat" idarəsi başqanı onlardan fevralın 21-də evdənçölə çıxmamağı tələb edib.
Bütün hallarda milli fəalların çağırışından narahat olan fars-molla hakimiyyəti Güney Azərbaycan şəhərlərində keçiriləcək aksiyaların qarşısını almaq üçün var gücünü səfərbər edib. Təbriz, Zəngan, Urmu və Ərdəbildə polis və "Ettelaat" gücləri hər yerdə yerləşiblər və İran telekanalları digər millətlərə qarşı mənfi təbliğat aparır.
Məlumatlara görə dünən aksiyaların Təbrizdə "Bazar qabağı", Urmuda "Ətai meydanı", "İmam xiyabanında keçirilməsi nəzərdə tutulurdu. Bundan başqa, Ərdəbil, Zəngan, Qəzvin, Qum, Həmədan, Tehran, Astara, Sulduz, Miyana, Ənzəli, Xoy, Xiyav və bir çoxlu başqa şəhərdə müxtəlif tədbirlər keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, bu günlərdə Stokholmda faaliyət göstərən, Azərbaycan Kültür Dərnəyi "Durna"nın 13-cü illik qurultayı keçirilib. Qurultayda Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat qəbul olunub. Həmin sənəddə deyilir: "Varlığımızın özəyini və ruhunu təşkil edən ana dilimiz Rza xan dövründən bəri İranda yasaqlanıb, assimlyasiya və təhqirə
məruz qalıb. Biz uşaqlarımızın, gənclərimizin, tələbələrimizin zor gücüylə, farsca oxuyub - yazmağa və düşünməyə məcbur edilməsini faciə sayırıq. Hazırda Əfqanıstan, İraq, Eritriya, Efiopiya və bir çox iqtisadi və ictimai baxımdan geri qalmış ölkələrdə belə bütün etnik dil və mədəniyyətlərə, tam azadlıq tanınır. Amma özlərini tanrı təmsilçiləri və Əli şiələri kimi təqdim etməyə çalışan iranlı hakimlər isə islamiyyətə, insaniyyətə möhtəşəm xidmətlərdə bulunan Azərbaycan türkcəsini çarmıxa çəkib, əzab altında əritməkdən şeytani həzz duyurlar.
Azərbaycan türkcəsi olan ana dilimizin Güney Azərbaycanda və İranın müxtəlif rayonlarında yerləşən, türk bölgələrində, 6-cı sinfə kimi əsas dil olaraq oxudulub, öyrədilməsin tələb edirik. Güney Azərbaycanda şəhərlər, kəndlər, dağlar, çaylar, tarixi məkanlar, məscidlər, məhəllələr, xiyabanlar, Azərbaycan torpağına aid ad və ünvanların farslaşdırma prosesinin dayandırılmasını tələb edirik. 2008-ci ili Azərbaycan Türk Dili İli kimin elan edilməsini tələb edirik"
Bu günlərdə isə İranda Dil və Mədəniyət Ocağı yaranıb. Ocaqın yaradıcıları Güney Azərbaycanın tanınmış fəallarıdır. Onlardan bir neçəsi əvvəllər fars zindanlarında işgəncəyə məruz qalıblar. Ocağın qurucuları Şəhnaz Qulami, Jila Məhəmmədxani, Şəhin Heydəri və Süməyyə Fəllahian, Mənuçehr Əzizi, Həmid Şafei, Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanli və Əli Rizayidir.
Xatırladaq ki, 4 il öncə ilk "Ana dili" qurultayı keçirən bir sıra Azərbaycanlı fəal, bu qurultayda 3333 nəfərin imzaladığı qətnamənin tələblərini həyata keçirmək üçün birgə işə başlayıblar. Bu müddətdə xeyli iş görülüb, çoxlu bəyanat, açıq məktub yazılıb və qurultay təşkil olunub. İkinci "Ana dili" qurultayı Tehran "Biliyurdunda" keçirilib və orada növbəti qətnamə qəbul olunub. Ana dili və Azərbaycan mədəniyyətinə önəm vermək üçün istəklərdə bulunan qurultay iştirakçıları son günlərdə İran deputatlarına və hakimiyyət nümayəndələrinə açıq məktub yazaraq onları xəbərdar etməyə çalışıblar: "Sabah çox gec ola bilər!"
Yeni yaranmış DMO qurultayların qətnamələrinin yerinə yetirilməsi üçün, habelə milli dil və mədəni varlığımızın qorunması üçün işə başlayıb. Ocaq bildirib ki, milli haqların hamısın almaq bu ocağın gücündə olmayacaq və bununu üçün milli müstəvidə çalışma gərəkdir.
Dünən "Baybak" saytı Güney Azərbaycanın müxtəlif şəhərlərində Beynəlxaq Ana Dili Günündə divarlara yazılmış sözlərin fotoşəkillərini yayıb. Fars rejimi bəzi yazıları pozsa da, "Mən Türkəm", "Boz Qurd", "GünAzTV" və s. sözlər aydın oxunur.
  Sumqayıt hadisələrinin istintaqı yenilədi
Baş Prokurorluq bununla bağlı ölkə vətəndaşlarına müraciət edib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.


  MƏZƏNNƏLƏR
  DOLLAR
 0,8247
  AVRO
 1,292
  RR
 0,0348

  XƏBƏR LENTİ
30/07/2010 Ermənilər Türkiyədən milyardlarla dollar istəyirlər
30/07/2010 Qeydiyyat problemi QHT-ləri birləşdirib
30/07/2010 Sumqayıt hadisələrinin istintaqı yenilədi
30/07/2010 Rusiyadan heç nə ummaq olmaz
30/07/2010 Rusiya yanlış siyasətinin qurbanına çevrilir
30/07/2010 "Millətinin tarixini bilməyənlərə bütöv insan kimi baxmıram"
30/07/2010 İran Mədəniyyət Nazirliyinin qəribə şərti
30/07/2010 İsrail-Fələstin danışıqları başlamamış kəsildi
30/07/2010 Rusiya yanır
30/07/2010 "Çeçenlərin rəftar kodeksinə ehtiyacı yoxdur"
30/07/2010 "Traktor"un azarkeşləri narazıdır
30/07/2010 İran Mədəniyyət Nazirliyinin qəribə şərti
30/07/2010 Mədə-bağırsaq xəstəlikləri artır
30/07/2010 Azərbaycanın milli geyimləri
30/07/2010 Abituriyentlər ixtisas seçir
30/07/2010 Yanan bazardan reportaj
30/07/2010 Maaş və pensiyalar sentyabrda artırıla bilər
29/07/2010 Erməni ordusunda atışma
29/07/2010 Ermənistansız Cənubi Qafqaz ittifaqı
29/07/2010 Gənclərin işsizlik problemi...
29/07/2010 Azərbaycanın ilk hüquq professoru
29/07/2010 "...O vaxt İsa Qəmbərin özünü partiyadan çıxarmaq lazım idi"
29/07/2010 Rusların sayı 25 milyon nəfər azalacaq
29/07/2010 Rusiyada benzinin qiyməti bahalaşdırılıb
29/07/2010 Bahalı tikinti layihələri yerli istehsalı gölgədə qoyub
29/07/2010 "Lütfən, tələyə düşməyək"
29/07/2010 "Şərəfsiz təqdimat"
29/07/2010 "Zəhərlənmiş" gənclər
29/07/2010 "Hamımız Azərbaycanı çox sevirik"
29/07/2010 Səkinə Məhəmmədinin vəkili yoxa çıxıb
29/07/2010 "Arman" üzvlərinin məhkəməsi keçirilib
29/07/2010 Ermənilər Urmuda festival keçirir
29/07/2010 Əhvazda üç nəfər edam olunub
29/07/2010 "Traktor" Təbrizdə iki oyuna azarkeşsiz çıxacaq
28/07/2010 Geosiyasi bazar...
28/07/2010 Məhbus ailələri İran hökumətinə iki həftə vaxt verdi
28/07/2010 "Sulduzxəbər"in saytına qadağa qoyulub
28/07/2010 GAMAC soydaşlarımızı Berlin aksiyasına qoşulmağa çağırır
28/07/2010 Ermənilər İranda "erməni izi" axtarır
28/07/2010 "Quzeyli və güneyli gənclər arasında əlaqələr çox zəifdir"
28/07/2010 Ankaradan Moskvaya vizasız yollar görünür
28/07/2010 Ziya(n)lı iddialar
28/07/2010 Fars rejimi Təbrizin futbol komandasından qorxur
28/07/2010 "Biz turistləri əzizləməli və onlara öpüş göndərməliyik"
28/07/2010 İstirahətsiz QHT-lər...
28/07/2010 Küveyt əmiri Bakıya gələcək
28/07/2010 QHT-biznes əlaqələri çox aşağı səviyyədədir
28/07/2010 Qədim Tiflis xanəndələri
28/07/2010 Magistraturada boş qalan yerlərə qəbul aparılacaq
28/07/2010 "Bir pəncərə" sistemi sahibkarlara düşüb
27/07/2010 Ermənilərin ümidləri puç olur
27/07/2010 Moskva Əhmədinejadı
27/07/2010 "Şagirdlərin bilik səviyyəsi aşağı düşür"
27/07/2010 Millət vəkilindən maraqlı təklif
27/07/2010 "Qara deşik" əxlaqı
27/07/2010 "Türkiyənin olmadığı bir Avropa Birliyi daha zəif olacaq"
27/07/2010 İran ətrafında həlqə daralır
27/07/2010 "Kosova müstəqil olmamalı idi"
27/07/2010 Rusiya əks-təsirlə üz-üzə...
27/07/2010 "İranda dəyişiklik gözlənilir"
27/07/2010 Qədim Tiflis xanəndələri
27/07/2010 Uşaqlar istismar olunur
27/07/2010 Taxılın qiyməti bahalaşır
26/07/2010 "Kosova Azərbaycan üçün presedent ola bilməz"
26/07/2010 135 ilin ən böyük hədiyyəsi
26/07/2010 Gəncliyin dərdi nədir...
26/07/2010 "Kişi sözü"
26/07/2010 FHN jurnalistləri mükafatlandırdı
26/07/2010 Xəyanət yolu...
26/07/2010 Milli fəal Ayət Məhəmməd Cəfəri azadlığa buraxılıb
26/07/2010 "Nabucco"nun inşasına 2011-ci ilin sonunda başlanması planlaşdırılır
26/07/2010 AAKM ARTE televiziyasına etiraz məktubu ünvanlayıb
26/07/2010 Hayden: "İrana hücum qaçılmazdır"
26/07/2010 ABŞ-ın 92 min məxfi məlumatı internetə sızdı
26/07/2010 Hökumət ölkənin əsas bankını xilas edə bilər
26/07/2010 Muğam - musiqi sənətinin tacıdır
26/07/2010 İmtahanın nəticələri açıqlandı
26/07/2010 İnternet istifadəçilərinin sayı artır
23/07/2010 Ermənilər geri çəkildi
23/07/2010 "Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz"
23/07/2010 Jurnalistlər üçün bina tikiləcək
23/07/2010 "Mətbuat Şurasına satılmışların qurumu demək absurddur"
23/07/2010 "2010-cu il Qarabağ ili olmayacaq"
23/07/2010 "Siyasi düşüncəsindən asılı olmayaraq hər bir media təmsilçisinin mükafatlandırılmasını müsbət addımdır"
23/07/2010 Yürüş Mehrəlibəyliyə ağır işgəncələr verilir
23/07/2010 "Səkinə Məhəmmədi Aştiani təzyiqə məruz qalır"
23/07/2010 "Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik"
23/07/2010 "Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal"
23/07/2010 İranda sərnişin təyyarəsi problemi
23/07/2010 Şimali Xorasanda zəlzələ
23/07/2010 AB İrana qarşı sanksiyaları razılaşdırıb
23/07/2010 İrandan Türkiyəyə yeni qaz kəməri çəkiləcək
22/07/2010 Qoyun dəvədən şanslıdır
22/07/2010 "Ettelaat" soydaşlarımıza divan tutur
22/07/2010 Brayza ermənilərin hədəfində...
22/07/2010 "Türkiyə mətbuatı və Qarabağ"
22/07/2010 1956-cı ildən gizli qalan məktublar üzə çıxdı
22/07/2010 "Azərbaycanın hərbi qələbəsi ermənilərin inadını qıracaq"
22/07/2010 "Rusiyanın zorakılığı əks-reaksiya doğurur"
22/07/2010 Jurnalist Əzəm Vismə azadlığa buraxılıb
22/07/2010 Həmədanda beş məhbusun əlləri kəsilib
21/07/2010 "Azadlıq" radiosu Azərbaycana düşmən kəsilib
21/07/2010 "Azərbaycan Rusiya ilə danışıqlara başlamalıdır"
21/07/2010 "Türkiyə İranla bağlı məsələlərdə çox ehtiyatlıdır"
21/07/2010 "Superpartiya" üçün "superkley" problemi
21/07/2010 Mənasız və nəticəsi olmayan danışıqlar...
21/07/2010 Media kapitanları mətbuatın gələcəyinə inanır
21/07/2010 Jurnalistlər Dağlıq Qarabağa getmək istəmir
21/07/2010 Sulduz bazarı da bağlandı
21/07/2010 BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi münasibətilə Kütləvi İnformasiya Vasitələrinə və bütün Azərbaycan xalqına təbrik ünvanlayıb.
21/07/2010 Milli fəalların həbsindən iki ay keçdi
21/07/2010 "Qeyri Hökumət Təşkilatları və Mətbuat"
21/07/2010 Azərbaycan türkləri Berlində aksiya keçirəcək
20/07/2010 Bernar Fasie həmsədrlikdən gedir
20/07/2010 Moskva Qarabağ danışıqlarını "dondurdu"
20/07/2010 Gülməli danışan kimdir?
20/07/2010 Təhsil haqqının artırılması təklifi narazılıq doğurur
20/07/2010 "Azərbaycan oyaqdı, Təbrizə dayaqdı!"
20/07/2010 Tox hardan bilər, ac nələr çəkir...
20/07/2010 "Azərbaycan mətbuatı üzərinə düşən missiyanı yerinə yetirib"