Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ARDNF “Cənub Qaz Dəhlizi“nin tam maliyyələşdirilməməsinin səbəbini açıqlayıb

07.03.17, 11:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2016-cı ildə "Cənub Qaz Dəhlizi" QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 797,4 mln. manat və yaxud 495,2 mln. ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb. Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatına əsasən, bu maddə üzrə icra büdcədə nəzərdə tutulana nisbətən (2 mlrd. 355,3 mln. manat) 33,9% təşkil edib. "Layihə üzrə Fondun büdcəsində nəzərdə tutulan vəsaitin tam icra olunmaması 2016-cı ilin mart ayında "Cənub Qaz Dəhlizi" QSC tərəfindən beynəlxalq maliyyə bazarlarında dövlət zəmanəti əsasında xarici valyutada denominasiya edilən beynəlxalq istiqrazların (avrobondlar) yerləşdirilməsindən diskont dəyərdə 991,1 mln. dollar məbləğinin cəlb edilməsi, "Şahdəniz" layihəsində 10% payın alınması üzrə qiymətin 2-ci tranşının ödənilməsinin 2017-ci ilə təxirə salınması və TANAP və TAP layihələri üzrə bəzi xərclərin növbəti illərə sürüşdürülməsi ilə izah olunur", - deyə hesabatda vurğulanıb.
Qeyd edək ki, 2014-2016-cı illər ərzində "Cənub Qaz Dəhlizi" layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ARDNF-in büdcəsi çərçivəsində ümumilikdə 1 mlrd. 232,1 mln. dollar və yaxud 1 mlrd. 530,3 mln. manat vəsait yönəldilib.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi, "Cənubi Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. dollar məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-yə, dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Bu xəbər oxundu
- - -