Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Beynəlxalq Caspian Energy Forum-2017

07.03.17, 11:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bir neçə dövlət və hökumət başçısı 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin iştirakçılarına video müraciət ünvanlayıb və Caspian European Club-u (Caspian Business Club) 15 illik yubiley münasibətilə təbrik edib. Bu barədə Caspian European Club-un (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. T.Əliyevin sözlərinə görə, onlardan bəziləri 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin işində iştirak etmək üçün özləri Azərbaycana gəlməyi və ya nümayəndələrini göndərməyi planlaşdırırlar.
O qeyd edib ki, Caspian Energy Forum-2017-də həmçinin avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkət rəhbərləri qatılacaqlar. Ümumilikdə, forumun işində dünyanın 50 ölkəsindən olan 500 deleqat iştirak edəcək. 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin sponsoru “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” ASC və SİNAM-dır.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
Təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Bu xəbər oxundu
- - -