Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BAMF yeni layihələrin icrasına başlayıb

07.03.17, 10:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Beynəlxalq Avrasiya Mətbuat Fondu Bərdə, Tərtər, Ağdam, Füzuli rayonlarında həyata keçiriləcək “Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi” və “Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın müzakirəsi” layihələrinə start verib. Layihələr Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
“Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi” layihəsi çərçivəsində Bərdə, Tərtər və Ağdam rayonlarından seçilmiş məcburi köçkün gənclərə yeni media bacarıqları, neyro-linqvistik proqramlaşdırma, fərdi inkişaf, icmalar üçün maliyyə axtarışı, layihələrin idarə olunması kimi mövzularda təlimlər keçiriləcək.
“Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın müzakirəsi” layihəsi çərçivəsində Tərtər, Füzuli, Ağdam rayonlarındakı məcburi köçkün qadınlara və kişilərə və icra hakimiyyəti orqanlarının əməkdaşlarına kompyuter təlimi də daxil olmaqla, qadın hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquqi aktlar, məişət zorakılığı, erkən evliliyin fəsadları və s. bu kimi mövzularda təlimlər keçiriləcək. Bundan başqa layihə çərçivəsində hədəf rayonların qadın qrupları ilə icra hakimiyyəti strukturlarının birgə şəhər görüşləri təşkil olunacaq. Layihə çərçivəsində məcburi köçkün icmalarında gender zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Qadın Resurs Mərkəzi və Qadın Dəstək Qruplarının yaradılması nəzərdə tutulub. Layihələrin üç ay ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -