Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

FTB və MKİ Wikileaks sızmalarına görə “cinayət işi başladıb“

09.03.17, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ federal orqanları Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) geniş miqyaslı izləmə vasitələrinə malik olması ilə bağlı Wikileaks sızmalarına görə cinayət işi başladıb, ABŞ rəsmiləri deyir. Onlar ABŞ mediasına deyiblər ki, Wikileaks sızmaları minlərlə faylı faş etdikdən sonra Federal Təhqiqatlar Bürosu (FTB) və MKİ əlaqəli şəkildə araşdırma aparır. Yayılmış sənədlərdə iddia olunur ki, MKİ smartfon və "ağıllı TV" mikrofonlarına qulaq asmağın yollarını hazırlayıb. İddia edilən kiber-silahlara, Windows, Android, iOS, OSX və Linux kompüterləri və internet yönləndiricilərə təsir edən zərərli proqramlar daxildir.
Çərşənbə axşamı sızdırılan faylların etibarlılığı ilə bağlı MKİ, FTB və Ağ Ev şərh verməkdən imtina edib. MKİ rəsmisinin çərşənbə günü BBC-ə dediyinə görə: "Amerika ictimaiyyəti kəşfiyyat birliyinin Amerikanı terrorçu və digər əleyhdarlarına qarşı müdafiə etmək qabiliyyətinə zərbə vurmaq üçün nəzərdə tutulan Wikileaksın açıqladığı hər hansı məlumata görə dərindən narahat olmalıdır".
"Bu cür açıqlamalar nəinki ABŞ-ın kadr və əməliyyatlarını təhlükə altında qoyur, həm də rəqiblərimizi bizə zərər vermək üçün alət və məlumatlarla təchiz edir",- o əlavə edib. Anonimlik şərti ilə açıqlama verən ABŞ rəsmiləri ABŞ kütləvi informasiya vasitələrinə bildirib ki, cinayət işinin istintaqı faylların Wikileaks-in əlinə necə keçdiyini öyrənir. Arqaşdırma, həmçinin, sızdırılmanın MKİ-nin daxilindən baş verib-vermədiyini də öyrənməyə çalışacaq.
MKİ sənədlərin real olması barədə iddiaları təsdiqləməyib. Ancaq onun keçmiş rəhbərlərindən biri nəşrlərə görə narahatdır. "Əgər oxuduqlarım doğrudursa, bu, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən qanuni xarici kəşfiyyat aparmaq üçün istifadə olunan taktika, üsul, prosedur və alətlər baxımından son dərəcə təhlükəli sızmadır", - keçmiş MKİ direktoru Michael Hayden BBC-ə deyib. "Başqa sözlə, bu, mənim ölkəmi və ölkəmin dostlarını daha çox müdafiəsiz edib", - o əlavə edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi sənədləri “WikiLeaks”ə müqavilə ilə xidmət edən vətəndaşlar tərəfindən ötürülə bilər. Reuters xəbər verir ki, hazırda onların kimliyi müəyyənləşdirilir. Məlumata görə, MKİ əməkdaşlarının və hüquq-mühafizə orqanlarının gizli sənədlərinin sızmasına dair şübhələr hələ ötən ilin sonlarından mövcud olub. Martın əvvəlində “WikiLeaks” 8,7 min sənədi dərc etdikdən sonra bu şübhələr təsdiqlənib. Sənədlərdə göstərilir ki, iPhone da daxil olmaqla müxtəlif qurğuları, eləcə də Android və Windows əməliyyat sistemlərini sındırmaq üçün MKİ-nin əlində qlobal proqram olub.
“WikiLeaks” iddia edir ki, MKİ arxiv üzərində nəzarəti itirib və artıq arxiv dövlətə işləyən hakerlər, eləcə də müqavilə ilə işləyən vətəndaşlar üçün əlçatan olub. Mərkəzi Kəşfiyyat İdarəsi hələ ki dərc olunan sənədlərin doğruluğunu təsdiqləməyib. Qeyd edək ki, xüsusi xidmət orqanları texnologiyadan daha yaxşı anlayışı olan insanları işə götürməyə məcbur olurlar. Müqavilə ilə işləyən əməkdaşlar birinci dəfə deyil ki, sızıntıların mənbəsinə çevrilirlər.

Bu xəbər oxundu
- - -