Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sərnişindaşıma həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyir

09.03.17, 11:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər vergiödəyicilərinin hansı kateqoriyasına aiddir və vergi məbləği necə müəyyən edilir? AZƏRTAC-ın müxbiri bu sualla Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin şöbə müdiri Əvəz Quliyevə müraciət edib. Departament rəsmisi bildirib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişindaşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yükdaşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və onların mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunur.
Onun sözlərinə görə, yük və sərnişindaşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yükdaşıyan vergiödəyiciləri üçün sadələşdirilmiş vergi daşınma növünə uyğun olaraq müəyyən edilir. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 2,0, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında 1,5, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında 1,0 əmsalı tətbiq edilməklə müəyyən olunur.
Qeyd olunub ki, avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi əsasında götürülür. Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında təyin edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda isə sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görədir.
Əvəz Quliyev diqqətə çatdırıb ki, avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yükdaşımalarına görə aylıq sadələşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün yuxarıda göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və dövlət büdcəsinə ödənilir: “Vergisini hesabladıqdan sonra sahibkar vergi məbləğini banka ödəyir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Sonra sahibkar ərizə ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək, öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alır. “Fərqlənmə nişanı”nı almaq üçün vergiödəyicisi tərəfindən ərizə, avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin, vəkalətnamənin (etibarnamənin) və ya icarə müqaviləsinin surəti, verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin surəti və avtonəqliyyat vasitələrinin siyahısından ibarət sənədlər təqdim edilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı ərizə daxil olduğu tarixdən 2 gün ərzində ya “Fərqlənmə nişanı”nı verməli, imtina edərsə, səbəblərini göstərməklə yazılı məlumat verməlidir.

Bu xəbər oxundu
- - -