Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cahangir Hacıyevin tapşırıqlarını yerinə yetirmişəm”

09.03.17, 12:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilov ifadə verib.
O, şirkət rəhbəri olduğunu və 1995-ci ildən Beynəlxalq Bankla işgüzar münasibətlər yaratdığını deyib: "2005-ci ildən ictimai fəaliyyətə başlamışam. Cəmiyyətdə kifayət qədər tanınan şəxsəm. Cinayət işində olan şirkətlərin rəhbəri olmamışam. Biz Beynəlxalq Bankdan kredit götürülən pulları görməmişik. Pul "İntertekstil" MMX şirkətinin fəaliyyətinə ayrılıb. Pullar da bankda qalıb. "Səbail Mebel" MMC və digər şirkətlərə də eyni qayda ilə kredit ayrılırdı. Həmin şirkətlər bankın nəzarəti altında olub. Kreditlərin götürülməsi üçün sənədlər hazırlanıb, Beynəlxalq Bankın rəhbərliyinə göndərilirdi. Vəsaitlər iki bank vasitəsi ilə xarici bankların hesablarına köçürülüb. Həmin sənədləri məhkəməyə təqdim edə bilərəm. Mən heç bir şirkətin təsisçisi, icraçısı olmamışam. Şirkətlərə nəzarəti Beynəlxalq Bankının rəhbərliyi edib. Həbsimdən əvvəl də Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə gedib gəlmişəm, istintaqla əməkdaşlıq eləmişəm. Orada çalışan müstəntiqlər maliyyə işini yaxşı bilmirlər. Mən onlara bunların hamısını öyrədib izah etmişəm. Hətta həbsimdən sonra da bu məsələləri onlara aşılamışam. Lazım olan sənədləri onlara vermişəm. Həmin götürülən pullardan qəpik də gəlirim olmayıb. Ümumiyyətlə, mən icraçı olmuşam".
Prokurorun suallarına cavab verən Dünyamin Xəlilov Cahangir Hacıyevlə 1978-ci ildən tanış olduğunu deyib: "Qonşuluq və başqa münasibətlərimiz olub. Görüşmüşük. Onunla qohum olsaq da, əsasən işgüzar münasibətlərimiz olub".
Dünyamin Xəlilov bildirib ki, bankın nəzarətində olan şirkətlərlə bağlı tapşırıqlar Cahangir Hacıyev tərəfindən verilib: "Təkcə Cahangir Hacıyev deyil, Bankın digər vəzifəli şəxsləri tapşırılar verirdi. Məsələn bəzi məsələlər üzrə Akif Əliyev tapşırıq verirdi. Mənim işim monitorinq olub. Verilən tapşırıqlar da əsasən bundan ibarətdir. Mən də icra eləmişəm. Ümumiyyətlə, təsisçi kimi işlərin monitorinqini aparmışam".
Dünyamin Xəlilov vəkillərinin suallarını cavablandırandan sonra şahidlər ifadə verib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

Bu xəbər oxundu
- - -