Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan investisiya baxımından cazibədar ölkədir“

09.03.17, 13:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çinin Azərbaycandakı səfiri Vey Cinhua Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Çin, o cümlədən Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group ilə informasiya əməkdaşlığının genişləndirilməsinin perspektivlərinə toxunulub.
Səfir Çinin Xəzəryanı ölkələrlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərilən səylərə görə Kluba minnətdarlığını bildirib. "Səfirliyimiz tərəfindən sizinlə əməkdaşlığı davam etdirməyə və möhkəmləndirməyə hazırıq", - deyə o vurğulayıb.
Vey Cinhua eyni zamanda qeyd edib ki, "şirkətlərimiz arasında qarşılıqlı anlaşma hələ yetərincə deyil. Çin və Azərbaycan biznesmenləri qarşı tərəf barədə az məlumat alırlar”. Bununla əlaqədar Səfir CEİBC-in Çin müəssisələrinin Xəzəryanı dövlətlərin müəssisələri ilə qarşılıqlı tanışlığında daha fəal rol oynaya biləcəyinə ümid bəslədiyini ifadə edib ki, bu da öz növbəsində əməkdaşlığı genişləndirməyə və daha çox birgə layihələr həyata keçirməyə imkan verəcək. “Çinin CNPC şirkəti sizin yerli şirkətlərinizlə sıx əməkdaşlıq qurub. Onlar Azərbaycanda çoxdan fəaliyyət göstərirlər. Lakin hal-hazırda onlar üçün daha yaxşı şərait yaranıb və şirkət Azərbaycandakı SOCAR kimi patnyorları ilə uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır”, - deyə səfir vurğulayıb.
“Səfirlik yaxın illərdə iki ölkə arasında müxtəlif sahələrdə işgüzar əməkdaşlığı bundan sonra da dərinləşdirmək və genişləndirmək məqsədilə Azərbaycan və Çin rəhbərlərinin qarşılıqlı səfərlərini təşkil etmək istərdi”, - deyə o çıxışına davam edib.
Səfir qeyd edib ki, Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından cazibədar ölkədir. "Əlbəttə ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfərinin böyük rolu olub. Həmin səfər zamanı birgə “Böyük İpək Yolu iqtisadi kəməri”nin yaradılması üzrə memorandum imzalanıb. Bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm bünövrədir", - deyə Səfir vurğulayıb.

Bu xəbər oxundu
- - -