Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanı ayaqda saxlayan şəxslər İrəvandan imtina etdi

13.03.17, 9:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan iqtisadiyyatının diaspordan gələn yardımlardan asılı olduğu məlum məsələdir. Diaspor bu ölkənin son ümid yeri, son qalası hesab olunur. Diaspor yardımı kəsərsə, Ermənistandan ciddi iqtisadi böhranın başalayacağı dəfələrlə müxtəlif ekspertlər tərəfindən səslənib.
Erməni siyasi şərhçi Musa Mikaelyan isə artıq diasporun Ermənistana maliyyə yardımı ayırmaqdan imtina etdiyini açıqlayıb.
M.Mikaelyan yayımladığı məqaləsində bildirib ki, diaspordan olan biznesmenlər Ermənistana investisiya yatırmaqdan imtina edir, həmçinin, pul ayırmırlar: “Ermənistan prezidenti Serj Sarkisyanın “Təhlükəsizlik və inkişaf” şüarı artıq istehza doğurur. Bir neçə ildir ki, tədricən diasporun avans və krediti azalmaqdadır”.
Erməni ekspert qeyd edir ki, Sarkisyan xarici səfərləri zamanı diasporla tez-tez görüşlər keçirir, sahibkarlardan, biznesmenlərdən Ermənistana yardım etmək, investisiya yatırmaq xahişi edirdi.
“Amma Sarkisyanın xahişi nə qədər çox olursa, diaspor, ilk növbədə də diaspordan olan biznesmenlər Ermənistana yardımdan imtina edirlər. Onlar Ermənistana gəlməkdən belə boyun qaçırırlar. Çünki diaspordan olan sahibkarlar Sarkisyanın Ermənistanda azad və qanuni biznes mühitinin olması haqda sözlərinə inanmırlar. İndiyə qədər diasporda olan bir çox biznesmen bu sözlərə inanaraq, Ermənistana investisiya yatırdılar. Lakin onlar bizneslərini inkişaf etdirən kimi hakimiyyət bunu onların əlindən aldı, hətta özlərinin şəxsi hüquqlarını belə tapdadılar. Bu reallığı xaricdəki erməni biznesmenlər əla bilirlər. Buna görə də Sarkisyanın çağırışlarına inanmırlar. Nəticədə diasporun yardımları kifayət qədər azalıb və bu, getdikcə ümumiyyətlə yoxa çıxacaq. Bu situasiya deməyə əsas verir ki, Ermənistanı böyük fəlakət gözləyir”, - deyə o bildirib.
M.Mikaelyan əlavə edib ki, təkcə diaspordan gələn maliyyə azalmır, həmçinin, ianələr də yoxa çıxır: “Hayastan” fondunun vəziyyəti buna əyani sübutdur. Erməni milyonçuları, yaxud Rusiya milyarderləri vaxtilə bu fonda ianə verməkdə olduqca əliaçıq idilər. Son zamanlar bu ianələr də yoxa çıxıb”.

Bu xəbər oxundu
- - -