Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ya sübut elə, ya sözünü geri götür

13.03.17, 10:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The İndependent" yazır ki, Amerikada senator Con Makkeyn Donald Trampı ya keçmiş prezident Obamaya qarşı ittihamlarının sübutunu göstərməyə, ya da bu ittihamları yığışdırmağa çağırıb. Tramp Obamanı onu güdmək üçün Tramp otelində dinləyici qurğu quraşdırmaqda ittiham etmişdi. ABŞ prezidenti bu ittihamı səsləndirərkən heç bir sübut təqdim etməmiş, lakin Ağ Ev Konqresi bu ittihamları araşdırmağa çağırmışdı.
Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi təhqiqat aparmağa hazır olduğunu bildirsə də, Ağ Evi əlində olan sübut-dəlilləri Konqresə verməyə dəvət etmişdi. Lakin CNN telekanalına müsahibəsində cənab Makkeyn deyib ki, Tramp istəsə bu məsələyə asanlıqla aydınlıq gətirə bilər. "Hazırda mənim bu ittihamın doğruluğuna inanmaq üçün heç bir əsasım yoxdur, amma ona da inanıram ki, Birləşmiş Ştatların prezidenti istəsə, bu məsələyə bir neçə dəqiqədə aydınlıq gətirə bilər" - deyib Makkeyn.
Senator deyib ki, bunun üçün Trampın telefonun dəstəyini qaldırıb MKİ-yə zəng etməsi kifayətdir. "İndi prezidentin iki seçimi var: o, ya ittihamını geri götürməli, ya da bu ittihamları dəstəkləyən sübutlat təqdim etməlidir" - deyib senator.
"The İndependent" yazır ki, senator Makkeynlə Tramp arasında çəkişmə artıq xeyli müddətdir davam edir. Trsmp özünün seçki kampaniyası zamanı demişdi ki, Makkeyn Vyetnam müharibəsində əsir düşdüyünə görə qəhrəman olub. Buna baxmayaraq Arizona senatoru aralarındakı fikir ixtilafına rəğmən sonralar Trampın prezidentliyini dəstəkləmişdi. Trampın sözü gedən ittihamları Obamanın sözçüsü, habelə ABŞ kəşfiyyatının rəsmiləri tərəfindən təkzib edilib.
Makkeyn habelə Trampın komandasının Rusiya rəsmiləri ilə şübhə doğuran əlaqələrinə dair iddialardan narahat olduğunu deyir. Makkeyn Rusiyaya münasibətdə sərt xətt-hərəkət siyasətinin tərəfdarıdır.

Bu xəbər oxundu
- - -