Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan və Türkiyə iş adamlarının yeni təşkilatı yaradılıb

14.03.17, 14:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)” adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox sayda böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.
TUİB İdarə Heyətinin sədri olaraq Ali İhsan Genç seçilib. İdarə Heyəti sədrinin 1-ci müavini Hüseyn Büyükfırat, İdarə Heyəti sədrinin köməkçisi isə Birol Oğuz olacaq.
Azərbaycan və Türkiyənin mövcud potensialının qiymətləndirilməsi üçün hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək; real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək; təkliflər təqdim etmək, bütün tərəflərin məmnun qalmasını təmin etmək TÜİB-i əsas hədəfləri arasındadır.
Qurum bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb.
Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən TUİB İdarə Heyətinin sədri Ali İhsan Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək: "Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq, Azərbaycanda çalışan türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımlar atmaq və onları məlumatlandırmaqdır".

Bu xəbər oxundu
- - -