Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan torpaqlarımızda insan alveri ilə məşğul olur“

15.03.17, 10:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olur. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib”. Bunu Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini qeyd edib ki, bu məsələyə baxışda ikili standartlar mövcuddur: “Ermənilər Azərbaycan ərazilərini işğal edib, tarixi abidələri məhv edib, təbii sərvətlərimizi istismar edir. Bunların hamısı beynəlxalq hüquq pozuntularıdır və Ermənistan buna görə məsuliyyət daşıyır”.
Nazir müavini qeyd edib ki, miqrasiya, qaçqın problemi ictimaiyyəti narahat edir və bunun həlli birgə əməkdaşlığı tələb edir: “Bəzi hallarda sabitlik hansısa iqtisadi, siyasi maraqların təmin olunmasına görə pozulur. Azərbaycan münaqişələrin beynəlxalq hüquq siyasəti çərçivəsində həll edilməsinin tərəfdarıdır. Təəssüflər olsun ki, bu problemlər terrorçuluğa, qaçaqmalçılığa zəmin yaradır. Ermənistan Azərbaycan topraqlarını işğal edib, nəticədə insanlar yaşadığı ərazilərdən köçkün düşüb, bu da insan hüquqlarının pozulmasıdır. Azərbaycan həm beynəlxalq, həm də ölkə daxilində qaçqın və məcburi köçkünlərə yardımını əsgirgəməyib. Amma Azərbaycanda həmin şəxslərin hüquqları öz doğma yurdlarına qayıdandan sonra təmin ediləcək”.
X.Xələfov xatırladıb ki, ermənilər tərəfindən 1992-ci ildə Xocalı faciəsi törədilib:
“Bəzi dövlətlər buna biganə yanaşır. Dünya dövlətlərinin bir çoxu Xocalı faciəsini tanıyıb. Bu, insanlıq əleyhinə cinayətdir. Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymur. Ərazilərdə qanunsuz miqrantları yerləşdirir. Xaricdə yaşayan ermənilər Ermənistanın avantürasına uymamalıdırlar. Azərbaycan tezliklə topaqlarını işğaldan azad edəcək, bununla da regionda sülh bərpa olunacaq”.

Bu xəbər oxundu
- - -