Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Digər xalqların mədəniyyətini bilmədən onlara hörmət etmək, qarşılıqlı anlaşma mümkün deyil”

15.03.17, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Siyavuş Novruzov:"Təəssüf ki, bəzi Qərb dövlətləri multikultural idarəetmə mürəkkəb vəzifə olduğu üçün ondan imtina etmişdi”



"Tarixi təcrübə göstərir ki, hər bir xalq, dövlət dünya coğrafiyasında müəyyən arealda öz milli-mənəvi dəyərləri, adət-ənənələri, elmi ilə bəşəri əxlaqın formalaşmasında bu və ya digər formada iştirak edir. Dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını digərlərindən fərqləndirən cəhət digər mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant, həmrəy olmaq düşüncəsini mənimsəməklə yanaşı, sülhün bərqərar olması naminə bu ideyaların təbliğinin bəşəriyyət qarşısında məsuliyyət missiyası kimi qəbul etməsidir". Bunu Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, belə bir təfəkkür və əxlaqa sahib olmağımız şübhəsiz ki, yaşadığımız ərazinin Şərqlə Qərb arasında mədəni, həm də çoğrafi baxımından körpü rolunu oynaması, eləcə də dədə-babalardan miras qalan milli, dini dəyərlərimizin aliliyindən irəli gəlir: "Multikultural çox mədənilik, bir neçə fərqli mədəniyyətlərin bir arada yaşadığını müəyyən edən sözdür. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz dostluq və əməkdaşlıq mümkün deyil. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial mədəni inkişaf təcrübəsini bilmək və bunu yaradıcı şəkildə istifadə etmək qloballaşma şəraitində Azərbaycanın rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir".
Komitə sədri bildirib ki, digər xalqların mədəniyyətini bilmədən onlara hörmət etmək, qarşılıqlı anlaşma mümkün deyil: "Lakin təəssüf ki, bəzi Qərb dövlətləri mutikultural idarəetmə mürəkkəb vəzifə olduğu üçün ondan imtina etmişdi. Bu dəyərlər olmadıqda ölkədə sülhü bərqərar etmək mümkün deyil. Buna misal olaraq Azərbaycanın inkişafıdır ki, müxtəlif xalqların nümayəndələri ölkəmizin mədəniyyətinə inteqrasiya olmaqla harmonik inkişafda iştirak edirlər. Bu dəyərlərin olmaması dünyada artan islomofobiyaya, milli-dini münaqişələrə gətirib çıxarır. Bu baxımdan əsası Ulu Öndər tərəfindən qoyulan və hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən muıtikulturalizm modeli, sınanmış və optimal variant kimi qarşımıza çıxır. Bu model bütün dünyada üstün bir modeldir".
S.Novruzov qeyd edib ki, ölkəmizin multikultural dəyərləri hüquqi sənədlərdə də öz əksini tapır: "Bu dəyərlər Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edın tolerantlıq Konstitusiyamızın bir sıra maddələrində yer alır. Azərbaycan cəmiyyətinin böyük hissəsi haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, ərazimizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarına xüsusi önəm verilir".

Bu xəbər oxundu
- - -