Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Mikrorayonlardakı evlər bir-bir söküləcək“

15.03.17, 14:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması layihəsi ölkə başçısı ilə razılaşdırılıb".
Bunu baş nazirin müavini Abid Şərifov bildirib.
"Mən bir məmur, şəhər sakini və inşaatçı kimi bu qərara çox sevinirəm. Layihənin təşəbbüskarı Fövqəladə Hallar Nazirliyidir. Söhbət SSRİ dövründə tikilən panel evlərindən gedir. Bir şeyi bilmək lazımdır ki, bu cür evləri fransızlar tikib. Həmin evlər fransızlar tərəfindən Əlcəzairdə neft sahəsində işləyənlər üçün tikilirdi. SSRİ dövründə evlə təminatda problemlər olduğu üçün bu cür modellərə üstünlük verilib. Başqa sözlə, bu, müvəqqəti yaşayış sahəsi adlanır. SSRİ dövründə Bakıda evsizlik ciddi problem olduğu üçün Niktia Xruşyov panel evlərin tikintisinə icazə verib. Amma bəla ondadır ki, bu evlərin hamısı betondan tikildiyinə görə, bütün müvafiq normativlər pozulub. Bu cür evlərdə yaşayanların əksəriyyəti xəstəliyə məruz qalır. Mən özüm bir neçə ay həmin panel evlərində yaşamışam. Həmin evlərdə "otopleniye" adlandırdığımız istilik sistemik də çürüyüb. Təmiz beton, linoleum... kimin imkanı varsa, parket quraşdırır, imkanı olmayan isə məlum vəziyyətdə olur. Ona görə, bu evlərin sökülməsi təqdirəlayiqdir. Sözsüz ki, bu layihə ölkə başçısı ilə razılaşdırılıb. Mikrorayonlardakı evlər bir-bir söküləcək. Həmin ərazidə 9-12 mərtəbəli evlər tikiləcək. Təbii ki, sosial obyektlər də tikilmiş olacaq", - deyə o bildirib.
Baş nazirin müavini əlavə edib ki, söküləcək evlərin sakinləri yeni binalar tikildikdən sonra orada mənzillə təmin olunacaqlar.
Abid Şərifov onu da qeyd edib ki, hazırda layihənin reallaşdırılacağı müddətlə bağlı hər hansı fikir söyləmək çətindir. "Hazırda layihələndirmə işləri gedir. Ardınca tikintidə iştirak edəcək şirkətlərin cəlb olunması prosesinə başlanılacaq. Lakin bir şey dəqiqdir ki, işlər uzanmayacaq. Bilirik ki, Bakıda tikinti işləri ilə məşğul olan şirkətlərin bəziləri işləri yubadır. Amma bu layihədə bu baş verməyəcək", - deyə o bildirib.

Bu xəbər oxundu
- - -