Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağın açarı Moskva və Tehrandadır”

16.03.17, 9:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Tez-tez deyirlər ki, sülh əldə etmək üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsinə gələndə belə tərəflərin sayı 3 olmalıdır” - deyə Avropa Təhlükəsizlik və Proqnozlaşdırma İnstitunun prezidenti Emmanuel Dyupi “Huffington Post” qəzetində yayımladığı məqalədə yazır.
Emmanuel Dyupinin “Rusiya Dağlıq Qarabağdakı həss münaqişəyə necə son qoya bilər?” başlıqlı məqaləsini təqdim edirik.
“İki barşımaz qonuş arasında müharibə SSRİ-nin dağılmasından sonra başlamışdı və Cənubi Qafqazın stabilliyi və inkişafı üçün daim təhlekə yaradır. Regionun qarşısında duran yeni geosiyasi hədəflər fonunda Dağlıq Qarabağ münaqişəsi bir qədər köhləmiş görsənə bilər. Bundan pis olanı isə 1994-cü ilin mayında imzalanmış atəşkəs rejimi sayəsində az-çox dondurula bilən münaqişənin 30 illik status-kvodan sonra yeni eskalasiyaya doğru sürüklənə bilməsi ehtimalıdır. Bunun sübutu ötən ilin aprelində onlarla azərbaycanlı və erməni hərbçisinin həyatına son qoyan insidentlərdən görünür”.
“Sülhə töhfə verə biləcək bütün hüquqi, qanunuverici və diplomatik qərarlar kağız üzərində münaqişənin həll yolunu göstərsə də, reallıqda münaqişənin sülh yolu ilə həllinə heç bir fayda vermir. Çünki “Soyuq müharibə”nin və SSRİ-nin çöküşünün doğurduğu strateji reallıq hazrki reallıqla üstə düşmür. İndi münaqişənin açarı ATƏT-in Vyanadakı baş ofisində, Vaşinqtonda yaxud Parisdə deyil, daha çox Moskva, İstanbul və Tehrandadır”.
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması son 25 ildə iki Qafqaz respublikası arasındakı konfliktin həlledici faktorudur. Sülhün əldə olunması üçün Rusiyanın rolu hələ heç zaman bu qədər təsirli və həlledici olmamışdı. Moskva tərəflərə təsir imkanlarına malikdir. O, Bakını KTMT-a üzv olmağa sövq edir lakin hər dəfə rədd cavabı alır.
KTMT-ın üzvü Ermənistan isə müasir silahlara ( o cümlədən İsgəndər” raketləri) malikdir və ərazisində yüzlərlə rus hərbi məsləhətçisinin olmasından faydalanır. Azərbaycan isə bu imtiyazlardan istifadə etmir və Ermənistanın pulsuz əldə etdiyi silahları pulla almağa məcburdur”.
Hazırda Moskvanın maraqları öz çevrəsindəki ölkələrdəki konfliktli halların həll olunmasındadır. Bununla Moskva öz hərbi və maliyyə gücünü Avrasiya, Qafqaz, Mərkəzi Asiya və Aralıq dənizi regionlarına yönəltmək istəyir”.
“Ümid edək ki, Azərbaycan və Ermənistan prezidentləri münasib vəziyyətdən istifadə edərək parlamünt seçkiləri öncəsi müharibə təxribatı istəyən Yerevandakı “isti başları” sakitləşdirə, digər tərəfdən isə rəsmi Bakının həddən artıq yüksək hərbi büdcəsinin azaldılmasına nail ola bilərlər”.
“Tez-tez deyirlər ki, sülh imzlamaq üçün 2 tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsində bu tərəflərin sayı üçdür. Top Suriya münaqişəsində olduğu kimi Moskvanın ərazisindədir”.

Bu xəbər oxundu
- - -