Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Almaniyada qondarma erməni soyqırımına abidə qoymaqdansa...”

16.03.17, 11:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fərəc Quliyev: “İkinci Dünya müharibsində qırdıqları yəhudilərə abidə qoysunlar”


“Almaniyanın səfirliyinə təklif edirəm ki, orada qondarma ermni soyqırımına abidə qoymaqdansa, İkinci Dünya müharibsində qırdıqları yəhudilərə abidə qoysunlar”. Bunu millət vəkili Fərəc Quliyev bildirib: “Soyqırımına məruz qalan yəhudi xalqına soyqırım abidəsi ucaltsınar. Biz də bilək ki, onlar insanlığa hörmətlə yanaşırlar, habelə o dönəmdəki alman hökumətinin bu qırğınlara görə məsuliyyət daşıdığını etiraf edirlər. Bu çox mühüm məsələdir. Almaniya türklərə qarşı həmişə neqativ münasibət bəsləyib. Ötən illlərdə sığınacaqlarda xeyli türkün yandırılması məsələsi yəqin ki, hamının yadındadır. Militaristlərin, ultra-millətçilərin türklərə qarşı atdığı addımlar da göz qabağındadır. Ikili vətəndaşlıqlarının olmasına baxmayaraq, türkləri Aımaniya icmalar şəklində yaşamağa sövq edirlər və onları cəmiyyətə inteqrasiya olunmağa qoymurlar.
A.Merkelin bir məşhur çıxışı da olmuşdu. Bütün Avropa Türkiyəni Avropa Birliyində görmək istədiyi zaman Merkel dedi ki, Avropa evi bir xristian klubudur və biz Türkiyəni orada görmək istəmirik. Bu adam faşist təfəkkürlü bir şəxsdir və dini baxımdan da rahatsızlığı var.
Hesab edirəm Avropa evi yunan flsəfəsi və xristian dəyərlərinə söykəndiyi üçün orada türklərə-müsəlmanlara qarşı xüsusi bir aqressiya vardır. Onlar hər hansı müsəlman-türk dövlətinin güclənməsində maraqlı deyillər. Türkiyənin NATO-da aparıcı dövlətlərdən biri olmasını, Avropa üçün əhəmiyyətli bir dövlətə çevrilməsini qısqanırlar. Əvvəlki kimi yenə də tam güclə Avstriya, Almaniya, Belçika, Hollandiya Türkiyəyə qarşı səfərbər olublar. Lakin onlar Türkiyəyə heç nə edə bilməyəcəklər.
Mən demişəm və bir daha təkrar edirəm ki, türk cümhuriyyətləri Azərbaycan və Türkiyə də daxil olmaqla türk-islam birliyinə, fəlsəfəsinə söykənən bir ev yaratmalıdır. Biz Avropanın qapısını döyməkdən çəkinməliyik. Onsuz da Avropada artıq mərkəzdənqaçma prosesləri başlayıb və özlərinin də vəziyyəti kifayət qədər pisdir”.

Bu xəbər oxundu
- - -