Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağla bağlı qətnamələr icra olunmalıdır“

16.03.17, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır.
Bunu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunda çıxışı zamanı İordaniya Senatının sədri Faisal əl-Fayez deyib.
Onun sözlərinə görə, Suriya, İraqd Orta Şərq və digər yerlərdə münaqişələr davam edir və bu münaqişələrin sülh yolu ilə həllini tapması daha yaxşı dünya qurmaq çox vacibdir: "Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu gün biz burada müxtəlif ölkələrin prezidentlərini dinlədik, onlar mövcud böhranların həlli yolları ilə bağlı fikirlərini söylədilər. Bu problemlər bütün dünyanı narahat edir".
Senat sədri qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir: "Düşünürəm ki, hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir".

Bu xəbər oxundu
- - -