Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezidentin budəfəki əfv sərəncamı çox fərqlidir”

17.03.17, 9:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bu ilin Novruzu çox əlamətdar oldu, Prezident İlham Əliyevin əfv sərəncamı ilə ikiqat bayram oldu".
Bunu jurnalistlərə Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.
E.Süleymanova qeyd edib: "Ombudsman işlədiyim dövrdə bir çox əfv sərəncamlarının icrasında iştirak etmişəm, amma budəfəki çox fərqlidir. Yəni, adətən, əfv olunanların sayı 100 civarında olurdusa, bu dəfə onların sayı 423 nəfərdir. Bu, əlamətdar hadisədir".
Ombudsmanın sözlərinə görə, bu dəfə daha çox məhkumun əfv olunması Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral tarixli sərəncamının nəticəsidir:
"Bildiyiniz kimi, həmin sərəncam penitensiar sistemin, ümumiyyətlə, cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, ən mühümü, cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutur. Və ilk dəfə olaraq, budəfəki əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə də şamil olundu".

Bu xəbər oxundu
- - -