Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kamil jurnalistdən üzr istəyəcək

17.03.17, 11:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İdmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasındakı məhkəmə prosesi başa çatıb.
Əfruzə Ağayevanın qarşı tərəflə bağlı tələbi qismən təmin olunub.
Belə ki, Kamil Zeynallı jurnalistin ünvanına yazdığı təhqirlərə görə İnstaqram səhifəsində, müsahibələrdə üzr istəyəcək.
Əfruzə Ağayeva bildirib ki, hələ də qərarla tam razılaşmır:
“Demişdim, Kamil Zeynallı, sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm, yenidən Appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim Kamil Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Şəbnəm xanım etiraf edib və səs yazısı da var. Orada deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin".
Məsələ ilə bağlı hüquqşünas Vüqar Səfərli də məlumat verib:
" Xətai rayon məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə məhkəmə prosesi baş tutdu. Məhkəmədə Əfruzə Ağayevanın Kamil Zeynallıya qarşı "Şərəf və ləyaqəti, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" iddiasına baxıldı. Məhkəmə Əfruzə xanımın iddia tələbini qismən təmin etdi. Kamil Zeynallı jurnalistdən dediyi söyüşlərə görə üzr istəyəcək. Əfruzə Ağayevanın iddia tələbinin qalan hissəsində, yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi prosesi rədd edilib. Eyni zamanda Kamil Zeynallının tələb etdiyi Əfruzə Ağayevanın aparıcı Şəbnəm Hüseynovanın “Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin” başlıqlı xəbərini təkzib olunması iddiası təmin edilib. Kamil Zeynallının jurnalistdən 100 min manat tələb etməsi iddiası da rədd edilib".
Kamil Zeynallı məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini yazıb:
”Mənə qarşı açılan məhkəmə yekunlaşdı, qərar verildi: Kamil Zeynallı heç bir təzminat ödəməyəck. Qarşı tərəf Kamil Zeynallıdan üzr istəyəcək, Kamildə qarşı tərəfdən... Hara kimi lazımdırsa, gedəcəm... 50 min, yox bir 50 qəpik”.

Bu xəbər oxundu
- - -