Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rəqəmsal Ticarət Qovşağının yaradılması ilə bağlı müzakirələr aparılıb

17.03.17, 13:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Rəqəmsal Ticarət Qovşağı ilə bağlı geniş müzakirə aparılıb. İİTKM-nin mətbuat xidmətindən bildiriblər ki, toplantında əsas müzakirə mövzusu Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, elektron pul kisəsinin yaradılması, qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi, ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada verilməsi, elektron müraciət əsasında ixrac təşviqinin ödənilməsi və Prezidentin müvafiq Fərmanında nəzərdə tutulan digər məsələlər olub.
Tədbirdə dövlət qurumlarının nümayəndələrinə görüləcək işlərlə bağlı təqdimat edilib, onlara bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda görüləcək işlərlə bağlı ətraflı məlumat verilib. Azərbaycan Rəqəmsal Ticarət Qovşağına inteqrasiya olunacaq dövlət orqanlarının informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsinin təşkil ediləcəyi bildirilib. Sonra Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının təmsilçiləri çıxış edərək, ölkə başçısının fərmanından irəli gələn məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün təkliflərini veriblər.

Bu xəbər oxundu
- - -