Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fransadan Azərbaycana Qarabağ hədəsinin sirri

21.04.17, 8:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fransa millətçilərinin lideri, "Milli cəbhə" partiyasının lideri Marin Le Penin “Nouvelles d`Arménie” nəşrinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsini dəstəklədiyini deməsinin üç səbəbi var.
Bu barədə rusiyalı ekspert Mixail Belyayev "Vestnik Kavkaza" üçün yazdığı məqaləsində bildirib. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri və Marin Le Penin bu ölkənin prezidentliyinə namizəd olduğunu xatırladan müəllif səbəbləri daxili siyasətdə axtarıb. Onun sözlərinə görə, əgər fransızlar Marin Le Peni prezident seçərlərsə, Azərbaycan bu ölkənin vasitəçiliyindən imtina edəcək və fransız diplomatiyasının imicinə ciddi zərbə dəyəcək.
Amma Fransa üçün xoş olmayan bütün bu arzuolunmaz perspektivlərə baxmayaraq Marin Le Pen bu cür riskli bəyanatlar verməkdə davam edir. Müəllif bunun birinci əsas səbəbinin pul olduğunu bildirir:"Partiyaya pul lazımdır. Le Pen bir neçə il qabaq etiraf etmişdi ki, "Milli cəbhə" maliyə üçün çox sayda fransız və Avropa banklarına müraciət etmişdi, amma hər yerdən imtina almışdı. Buna görə partiya xəzinənin doldurulmas üçün alternativ mənbə tapmalıdır və ianələr bu məsələdə xüsusi rol oynayır. Bu baxımdan, "Milli cəbhə"nin varlı Fransa ermənilərinin maliyyə dəstəyini qazanmaq istəyi başa düşüləndir".
Müəllifin fikrincə, ikinci səbəb xristianlıqdır: "Əsasən müsəlmanların yaşadığı Azərbaycanla münaqişədə xristian Ermənistanının dəstəklənməsi bütünlüklə "Milli cəbhə"nin islam düşmənçiliyi siyasətinə uyğun gəlir".
Məqalədə Le Penin bu bəyanatının üçüncü səbəbi kimi siyasi məsuliyyətsizlik göstərilib. Çünki Fransanın ATƏT-in Minsk qrupunun həmsədridir və münaqişənin dinc yolla həll edilməsi Fransanın hələ də böyük dövlət olaraq qaldığını isbatı ola bilər. Amma belə görünür ki, Marin Le Peni bu cür uzun müddətli siyasət yox, qısa müddətli uğur maraqlandırır.
Mixail Belyayev məqaləsində Mari Le Peninin bu bəyanatını keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələr üzrə müşaviri Abel Aqanbeqyanın 1987-ci ildə "Yumanite" qəzetinə verdiyi müsahibəyə bənzədib. Bir qrup Fransa ermənisi ilə Parisdəki "İnterkontinental" otelindən görüşən Aqanbeqyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacib olduğunu bildirmişdi.
Sovet dövründə bu cür bəyanatın verilməsi nonsens sayıla bilərdi və ölkədə milli ədavətə səbəb ola biləcək bu cür bəyanat vermiş rəhbər sərt cəzalandıra bilərdi. Amma Mixail Qorbaçov bunu qulaqardına vurdu və nəticədə Qarabağ münaqişəsi başladı.
Qarabağ münaqişəsi həm SSRİ-nin dağılmasına səbəb oldu, həm də Ermənistanla Azərbaycan arasında 25 ildir ki, bitməyən müharibəyə səbəb oldu. Aqanbeqyan vaxtında susdurulsa idi, belə olmazdı. Buna görə, Mari Le Penin də susdurulması çox vacibdir.

Bu xəbər oxundu
- - -