Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağdan erməni ailələr qaçır

21.04.17, 8:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Hraparak” (Ermənistan) redaksiyasına müraciət edən vətəndaşların hekayələri erməni reallığına dair yeni faktlar ortaya qoyur. Məsələn, Virab Şaboyan Ararat vilayətində doğulub, vedilidir. 1991-1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib. Dediyinə görə, bu səbəbdən səhətilə bağlı problemləri də var. 21 il əvvəl, 1996-cı ildə ailəsilə birlikdə Laçında yaşamaq qərarına gəlib. “Mən Laçına, qan tökdüyüm bu toprağa oranı abadlaşdırmaq üçün getmişdim. 13 övladım var. 14-cü körpəmiz yaxın vaxtlarda doğulacaq. Ümid edirdim ki, Laçında mənə kömək edəcəklər. Amma orada mənə nəinki ev vermədilər, belə demək mümkünsə, qəbiristanlıq bəxş etdilər”, - deyə Şaboyan bildirir.
O, şikayət məktubunda daha sonra yazır: “O zaman “Dağlıq Qarabağın prezidenti” (dırəaq işarəsi bizə məxsusdur - WM) Arkadi Qukasyan idi. Mənə səhranın ortasında ev vermişdilər. Bu illər ərzində bizə heç bir diqqət göstərilməyib, bütün qapılar üzümüzə bağlı olub. Uşaqlar haradansa nəsə tapdıqda yeyir, tapmadıqda ac qalırdıq. Müavinət alırdım. Həyat yoldaşıma da ayda 54 min dram verirdilər. İş yerləri yox idi”.
Şaboyanın sözlərinə görə, o, məhz dolanışıq üzündən Ermənistana qayıdıb. İndi, o, ailəsilə birlikdə Yerevanın Nor Nork-2 massivində kirayə götürdüyü evdə qalır. Lakin burada da iş tapa bilmir. Virab deyir ki, Qarabağda yaşamaq üçün şərait olsaydı, Ermənistana dönmək haqda fikirləşməzdi. “Deyirlər guya Dağlıq Qarabada yaşamaq istəyənlər hər şəraitlə təmin edilir. Bu, ağ yalandır! Hər sözümün arxasındayam. Orada guya çoxuşaqlı ailələrə kömək etməli olan sosial müdafiə qurumuna da üzv olmuşdum. Lakin özümə və ailəmə qarşı ancaq qəddar münasibət, kobud rəftar gördüm. Qarabağda müharibə iştirakçısına, çoxuşaqlı ataya münasibət budursa, başqa sözə gərək varmı? Guya Laçına gedənlərə hər cür komək edilir. Desinlər görək nə köməklik göstərirlər? Mənə heyvan almaq üçün verilmiş 150 min dramı uşaqlarım üçün ərzağa xərcləməyə məcbur oldum. Guya heyvanı necə saxlayacaqdım? Səhrada adama bir çuval qızıl versələr belə, nə işə yarayar ki?”, - deyə müsahibimiz sual edir.
Bu da son deyil. Məlum olub ki, ABŞ-da yaşayan bir erməni internet vasitəsilə Virabın ailəsinin durumundan xəbər tutub və ona yardım göstərməyə hazır olduğunu bildirib. Sadəcə, bunun üçün torpaq sahəsinin ayrılmasını istəyib. Lakin Qarabağdan Ermənistana dönmüş bu ailəyə kömək etməli olan bəzi vəzifəlilər buna əhəmiyyət verməyib. Ailə Nor Nork rayonunun rəhbəri olan Armen Ulixanyana da müraciət etsə də, o, ailəyə torpaq ayırmaqdan boyun qaçırıb. Hökumətə şikayətə yollanmış Virab orada adını açıqlamayan bir rəsmi şəxs tərəfindən təhqir olunub.
Virabın ailəsilə yaşaması üçün yer və iş lazımdır.

Bu xəbər oxundu
- - -