Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan mürəkkəb coğrafiyada yerləşir”

21.04.17, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi və ötən dövr ərzində əldə olunan nəticələri müsbət qiymətləndirdi. Dövlət başçısı həmçinin, qarşıda görüləcək işlərlə bağlı hökumətə ciddi tapşırıqlar verdi. Ümumiyyətlə, ölkəmizin 2017-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli inkişafıdır”. Bunu millət vəkili Məlahət İbrahimqızı bildiirb. O əlavə edib ki, bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir: “Bilirsiniz ki, hazırda dünyada iqtisadi böhran yaşanır. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün müəyyən məsələlərlə üzləşdi. Bu böhranın arxasında müəyyən siyasi maraqlar var. Müəyyən beynəlxlaq güclər dünyada neftin qiymətini aşağı endirməklə bir sıra dövlətlərə təsir etmək istəyirlər. Amma Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan öz inkişafını qoruyub saxlayır. Dövlət başçısının Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı və bu çox müsbət göstəricidir. Təbii ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Hazırda sənaye və kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir...”. Millət vəkili hər zaman olduğu kimi hazırda da bəzi xarici dairələrdə Azərbaycanın inkişafını istəməyən qüvvələrin olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu həmin dairələri ciddi narahat edir: “Azərbaycan mürəkkəb coğrafiyada yerləşir. Təbii ki, belə bir geostrateji məkanda yerləşən Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Amma dövlət başçısının qətiyyətli siyasəti belə qüvvələrin istəyini puç edir. Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Həmçinin, Azərbaycan qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi də beynəlxalq müstəvidə söz sahibidir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan "G-20", Nüvə sammitlərində və digər mötəbər beynəlxalq tədbirlərdə iştirak edir. Cənab Prezidentin hər zaman milli maraqlarımızı qətiyyətlə qoruması hər bir vətəndaşda qürur doğurur”.

Bu xəbər oxundu
- - -