Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cənub Qaz Dəhlizi“nin ötürücülük qabiliyyəti ikiqat arta bilər

25.04.17, 12:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Cənub Qaz Dəhlizi" layihəsinin ötürücülük qabiliyyəti ikiqat arta bilər". Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib. "Bunun üçün yalnız Azərbaycan deyil, Xəzərin Şərq sahilindən və İraqdan qazın nəqlini nəzərdən keçirə bilərik. Biz bütün tərəflər və şirkətlərlə danışıqlara hazırıq. "Şahdəniz" layihəsinin tam işlənilməsini və "Abşeron", "Ümid", "Babək", "Şəfəq-Asiman" yataqlarının ehtiyatlarını nəzərə alsaq, Azərbaycan uzun müddət "Cənub Qaz Dəhlizi"ni qazla təmin edə biləcək", - deyə o bildirib.
"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək. Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.
Azərbaycan "Şahdəniz" yatağında hasilata başlamaqla təbii qaz idxalçısından ixracatçısına çevrilib. "Şahdəniz-2" layihəsi çərçivəsində artıq işlərin 90%-i yerinə yetirilib və burada ciddi qənaət edilib: "Qənaət təxminən bu layihənin ümumi dəyərinin 25%-inə bərabər olub". SOCAR rəsmisi bildirib ki, "Şahdəniz" yatağının işlənməsinin üçüncü mərhələsi və "Balaxanı" layının işlənməsindən sonra ölkədə qaz hasilatı artacaq.

Bu xəbər oxundu
- - -