Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

49 əmlak özəlləşdirilməyə çıxarılır

01.05.17, 13:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 30-da növbəti hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan biri paytaxtın Suraxanı rayonunda, digərləri isə regionlarda müvafiq olaraq Göyçay, Ağdam, İmişli, Beyləqan, Gəncə və Ağstafada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak "Ağdam Pambıq" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Adı çəkilən əmlak 872 min 500 manata təklif olunur. Bundan başqa paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 7-si Bakıda, 1-i Yevlaxda, 3-ü Abşeronda, 1-i Sumqayıtda, 2-si Ağdaşda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 12 kv.m-lə 109 kv.m arasında dəyişir. Bu isə alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən planlaşdırmağa imkan verir. Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Yevlax Yun”, “Ağcabədi Aqrotexservis”, “Masazır Quşçuluq”, “Ucar ağac emalı”, “Mingəçevir Qum Çınqıl” kimi müəssisələr var. Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki, istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.

Bu xəbər oxundu
- - -