Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Balakən Gömrük İdarəsinin rəhbərliyi yerli iş adamları ilə görüşüb

03.05.17, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamları ilə "Azərbaycan Respublikasında ixracın stimullaşdırılması" mövzusunda görüş keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, İctimai Şuranın təşkil etdiyi görüşdə Balakən Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar, Balakən rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub. Tədbirdə çıxış edən Balakən Gömrük İdarəsinin rəisi Vüqar Qismətov son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq iqtisadiyyatın şaxələndirilməsi, biznes subyektlərinə dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirib. Ölkəmizin gömrük orqanlarının da bu istiqamətdə bütün səyləri səfərbər etdiyini vurğulayan idarə rəisi, sahibkarlara münbit şəraitin yaradılması, idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində ölkəmizin ixrac potensialının artdığını diqqətə çatdırıb.
Görüşdə o da bildirilib ki, gömrük orqanları tərəfindən görülən tədbirlərin nəticəsi olaraq ötən il Balakən Gömrük İdarəsi vasitəsilə həyata keçirilən ixrac əməliyyatları çərçivəsində həm yüklərin çəkisi, həm də gömrük bəyannamələrinin sayında artım müşahidə olunub. Görüşdə çıxış edən sahibkarlar gömrük orqanları tərəfindən tətbiq olunana yeniliklərin-"elektron bəyannamə", "Bir pəncərə", "Yaşıl Dəhliz" sistemlərinin gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, biznes subyektlərinə faydasından bəhs ediblər. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxundu
- - -