Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AYİB: “Cənub Qaz Dəhlizi“nə kredit ayıracağıq

04.05.17, 13:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki (MHŞT) fəaliyyətinin dayandırılmasına baxmayaraq "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsinə 500 milyon dollar məbləğində kredit ayıracaq. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti deyib. O bildirib ki, bank layihənin maliyyələşdirilməsi məsələsində irəliyə doğru gedir. Kreditin ayrılması ilə bağlı yekun qərar bu ilin sonunadək veriləcək. "Azərbaycanla bağlı baş verənlər çox məyusedicidir. MHŞT-nin əldə rəhbər tutduğu meyarlar bir çoxlarını narahat edir", - deyə Suma Çakrabarti Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılmasını şərh edərkən bildirib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Layihənin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Bu xəbər oxundu
- - -