Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanlılar Ruhanini etirazla qarşıladı

08.05.17, 9:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran Prezidenti Həsən Ruhani Urmiyə şəhərinə səfəri zamanı azərbaycanlıların etirazı ilə qarşılaşıb.
H.Ruhaninin çıxış etdiyi “Qədir” stadionuna toplaşan seçicilər etiraz şüarları səsləndiriblər.
Minlərlə etirazçı əllərində plakatlar tutaraq Həsən Ruhaninin 4 il öncə Azərbaycan xalqına verdiyi vədləri xatırladıb, onların yerinə yetirilmədiyindən şikayətləniblər. Plakatlar üzərində “Ruhani, Ruhani – Vədlərin bəs hanı”, “Urmu gölü dolmadı – Türk dilində məktəbimiz olmadı” və s. kimi şüarlar yazılıb.
Stadionda polis qüvvələri ilə yerli əhali arasında pərakəndə şəkildə qarşıdurma halları da yaşanıb.
İranda 19 mayda keçiriləcək prezident seçkilərinin təbliğat mərhələsi çərçivəsində ölkə turuna çıxan Prezident Həsən Ruhani Gülüstanda, Azərşəhrdə baş verən mədən faciəsi nəticəsində zərərçəkənlərlə görüşü zamanı da qalmaqal yaşayıb.
Qeyd edək ki, Azərşəhrdə baş verən faciədə qurbanlar arasında azərbaycanlılar yoxdur.

Bu xəbər oxundu
- - -