Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə ilk uzaqmənzilli raketini sınaqdan keçirdi

11.05.17, 14:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə ilk dəfə yerli istehsalı olan “Bora” uzaqmənzilli raketini sınaqdan keçirib.
Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
Onun sözərinə görə, Sinop vilayətindən buraxılan raket Qara dənizə düşüb.
Sınaq uğurla həyata keçirilib", - deyə nazir bildirib.
Qeyri-rəsmi qiymətləndirilməyə əsasən, bu raketə hücum silahı kimi baxılır.
Ekspertlərin fikrincə, yeni raketlə hədəflərin məhv edilməsinin uzaqlıq məsafəsi 1000 kilometri ötməlidir.
Xatırladaq ki, 2009-cu ildən başlayan layihə gizli tutulub.
Raketin diametri 610 mm, çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqramdır. Raketin GNSS/ İNS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Raketin uçuşuna aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur.
Yeni raketin hazırlanması zamanı ROKETSAN-ın bu sahədə uzun mənzilli raketlərin birgə istehsalında qazandığı təcrübədən də yararlanılıb.
İstehsalçı müəssisənin mütəxəssisləri “Bora”nın öz sinfindəki analoqları ilə rəqabət apara biləcək özəlliklərə sahib olduğunu söyləyiblər.

Bu xəbər oxundu
- - -