Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda beynəlxalq “Caspian Motor Show“ avtomobil sərgisi

12.05.17, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azpromo", Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək" İB təşkilatı dəstəyi ilə avtomobil sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər, avtomobil və ona aid ehtiyat hissələri, məhsul və aksessuarların istehsalçıları, onların yerli dillerləri və distribütorları, ixracatçılar və iş adamlarının iştirakı ilə 28-30 iyun tarixində beynəlxalq "Caspian Motor Show" avtomobil sərgisi keçiriləcək. "İTF Group" şirkətinin rəhbəri və təsisçisi Ağahəsən Müntəzinin sözlərinə görə, avtomobil sənayesi üzrə fəaliyyət göstərən bütün şirkətlər və onların yerli nümayəndəlikləri sərgidə iştiraka dəvət olunub.
"Təşkilatçı olaraq bu sərgini keçirməkdə əsas məqsədimiz avtomobil sənayesi üzrə ən yeni nailiyyətlər və texnologiyaların yüksək səviyyədə nümayişi, Azərbaycanda avtomobil sənayesinə marağı olan investorların cəlb edilməsi, ölkəyə investisiya axının təmin edilməsi və istehsalatın inkişafı, yeni iş yerlərinin yaradılması, eləcə də avtomobil və ona aid avadanlıqlar və məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün münbit və məhsuldar atmosferin yaradılmasından ibarətdir. Sərgidə Almaniya, Koreya, Çin və İrandan iri istehsalçı şirkətlər iştirak edəcək",- deyə A.Müntəzini vurğulayıb. Bundan başqa, sərgi çərçivəsində iş adamları arasında konstruktiv əlaqələrin yaradılması məqsədilə biznes-forumların da keçirilməsi nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -