Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

FHN əməkdaşı beynəlxalq turnirin qalibi olub

12.05.17, 15:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Naxçıvan şəhərində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş powerlifting üzrə beynəlxalq yarış keçirilib. Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov iştirak edib.
Klubdan verilən məlumata görə, o, öz şəxsi rekordunu yeniləyib və 1-ci yerə layiq görülüb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Powerlifting Federasiyasının prezidenti Ələddin Əliyev, Dünya Powerlifting Federasiyasının (WPC) prezidenti Marks Smith və yığma komandanın baş məşqçisi Şəmsi Bayramov idmançını təbrik edərək uğurlar arzulayıblar.

Bu xəbər oxundu
- - -