Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təhsil Nazirliyinin adından sui-istifadə edirlər

15.05.17, 10:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan şirkətlərlə bağlı vətəndaşlara xəbardarlıq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, son vaxtlar bəzi xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər:
“Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir. Diplomların tanınması(nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir.
Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir.İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”.

Bu xəbər oxundu
- - -